Miqrasiya Məcəlləsi qəbul olundu
Tarix: 13.06.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Dünən Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra cari məsələlərin müzakirəsi başlanıb. İclasın gündəliyində 7 məsələ olub.
Spiker Oqtay Əsədov deyib ki, Azərbaycanda sabitlik var, amma bəzi xarici qüvvələr bu sabitliyi pozmağa çalışırlar: “Əminəm ki, onların bu səyləri boşa çıxacaq”.
YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda siyasi məhbus olmadığını vurğulayıb. Onun sözlərinə görə, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş insanlar var: “Nəyə görə Avropa Məhkəməsi bir müəllimin, həkimin şikayətinə baxmır, ancaq başqa müraciətlərlə bağlı dərhal bəyanat verir? Azərbaycanda seçki mühitində hər kəsin fikrini söyləməsi, namizədliyini verməsi hüququ var. Öz partiyalarında hörməti olmayanlar qaçıb başqa dərnəklərdə namizədliklərini verirlər. Bilirlər ki, seçkidə 1 faizdən çox səs toplaya bilməyəcəklər. Ona görə də “filankəs tutuldu, seçkiyə kölgə düşdü”, “göydən daş yağdı, seçkiyə kölgə düşdü” deyərək müxtəlif bəhanələr gətirirlər”.
Dünən Milli Məclisdə Miqrasiya Məcəlləsinin layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Əli Hüseynli uşağın digər valideynin icazəsi olmadan ölkədən çıxarılmasına icazə verilməməsi barədə ötən iclasda qaldırılan məsələyə də toxunub: “Gərək biz bu məsələdə emosiyaya qapılmayaq. Çünki bir sıra hallarda uşaqların Azərbaycandan çıxarılması, qaçırılması kimi sui-istifadə hallarına yol verilə bilər. Valideynlərdən biri digər valideynin uzun müddət ölkədə olmadığını bildirirsə, öncədən məhkəməyə müraciət edə bilər. Çünki məhkəmə qərarı olmayana qədər digər valideynin də valideynlik hüququ qalır. Valideynlər öncədən tədbirlərini görməlidirlər”.
Əli Hüseynli əcnəbilərin qeydiyyatı üçün Ukraynada 1 gün, bir sıra Avropa ölkələrində 48 saat vaxt verildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda 3 gün vaxt verilməsi yetərlidir. Əli Hüseynli təhlükəli virus daşıyıcısı olan şəxslərə vətəndaşlıq verilməməsi barədə məsələyə də toxunub. O, bu məsələnin Səhiyyə Nazirliyi tərəfindən tənzimlənməsini vacib hesab edib. Müzakirələrdən sonra Miqrasiya Məcəlləsi üçüncü oxunuşda qəbul edilib.

“İctimai iştirakçılıq haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub
Milli Məclisdə "İctimai iştirakçılıq haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev məlumat verib.
Millət vəkili Fazil Mustafa da qanun layihəsini dəstəkləyib. Vitse-spiker Ziyafət Əsgərov deyib ki, qanun layihəsini küçələri süpürmək səviyyəsinə salmaq olmaz: “Biz ciddi adamlarıq, xahiş edirəm ki, ciddi məsələlər barədə danışaq”. Millət vəkili Rəfael Cəbrayılov qanun layihəsinin işləklik əmsalının yüksək olmayacağını söyləyib: “İctimai Şura hər 40 min nəfərin irəli sürəcəyi qanun layihəsinin müzakirəsində iştirak etmirsə, onun işləklik əmsalı da yüksək olmayacaq. Bu qanunu qəbul etmək qanunvericilik sistemimizdə demokratik baxımdan keyfiyyətcə yeni addım olacaq”. Millət vəkili Məlahət İbrahimqızı qanun layihəsinin yetərincə müzakirə olunduğunu dilə gətirib: “İctimai Şuranın seçilməsi və səlahiyyəti ilə bağlı maddədə gender bərabərliyi əksini tapmalıdır”. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, cəmiyyətin demokratikləşməsi baxımından bu qanunun böyük əhəmiyyəti var.
Təklif və iradlara münasibət bildirən Azay Quliyev irad bildirən millət vəkilləri ilə məsələni az qala 10 dəfə müzakirə etdiklərini bildirib: “Məsələn, söhbət dövlət siyasətinin formalaşdırılmasında vətəndaşların rəy və təkliflərinin nəzərə alınmasından gedir, dövlət siyasətinin formalaşdırılmasından yox. Ədliyyə Nazirliyində İctimai Şura var, İqtisadi İnkişaf Nazirliyində də belə şura yaradılacaq. Bizdə çox uğurlu təcrübə var və bu təcrübə qanunvericilikdə əksini tapmalıdır. İctimai dinləmələrlə ictimai iştirakçılıq arasında incə fərq var. Zahirən bir-birinə oxşasalar da, mahiyyətcə fərqlidirlər”.
Azay Quliyev qanun qəbul olunmamış onun işlək olmayacağının söylənilməsini düzgün saymayıb. Qanun ikinci oxunuşda qəbul olunub.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info