ƏMDK elektron hərraclarla bağlı Gürcüstan təcrübəsini öyrənir
Tarix: 29.06.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) elektron hərracların təşkili ilə bağlı Gürcüstan təcrübəsini öyrənir.
ƏMDK-nin mətbuat xidmətindən bildiriblər ki, qurumun nümayəndə heyəti Tbilisi şəhərinə səfər edib. Səfər çərçivəsində Gürcüstanın Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Xidmət Agentliyi, eləcə də İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, lisenziyaların verilməsi üzrə səlahiyyətli qurumun nümayəndələri ilə görüşlər keçirilib. Məqsəd dövlət əmlakının özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xüsusilə elektron hərracların təşkili ilə bağlı Gürcüstan təcrübəsinin öyrənilməsi, bu sferanın təkmilləşdirilməsi üçün fikir mübadiləsinin aparılması, o cümlədən kadrlara seminar və treninqlərin keçirilməsidir.
İlk olaraq Gürcüstanın Xidmət Agentliyinin rəhbəri Azərbaycanın nümayəndə heyəti üzvlərinə özəlləşmə sahəsində ikitərəfli əlaqələrin genişlənəcəyi üçün məmnunluğunu bildirib. Sonra tərəflər dövlət əmlakının özəlləşdirilməsi üzrə hər iki ölkədə təşkil olunan hərraclar, habelə əmlak xidmətlərinin fəaliyyət prinsipləri sahəsində müzakirələr aparıblar, məhsuldar təcrübə mübadiləsi həyata keçiriblər.
Qeyd edilib ki, Azərbaycanda dövlət əmlakının idarəçiliyi, o cümlədən özəlləşmə sahəsində müasir yanaşmaların, innovasiyaların tətbiqi, modern mexanizmlərin formalaşdırılması bu sahədə şəffaflığın daha da artmasına imkan verir. Bu sahədə həyata keçirilən ən mühüm layihələrdən olan elektron hərracların tətbiqi Azərbaycanın özəlləşdirmə prosesi tarixində yeni mərhələnin başlanğıcı olub. "Elektron hərrac" modeli dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhali və investorlar üçün prosesdə əlçatanlığı artıraraq zaman və məkan məfhumlarını aradan qaldırır.
Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq onlayn hərraclara əhali tərəfindən yüksək maraq müşahidə edilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarını onlayn rejimdə izləmək imkanı isə investorların prosedurlar barədə dolğun informasiyalar əldə etməsinə imkan verir.
Sərmayəçi isə hərraca çıxarılan dövlət əmlakları ilə virtual tanış olmaq imkanına malikdir. Belə ki, "Özəlləşdirmə portalında" hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Artıq portala baxış sayı 2 milyona yaxınlaşıb.
Komitənin həyata keçirdiyi bütün bu innovativ tədbirlərin başlıca məqsədi vətəndaşların minimum vaxt itkisi olmaqla, daha operativ qaydada, müasir texnoloji üstünlüklərdən istifadə etməklə xidmətlərdən yararlanmasını təmin etməkdir.
Sonda bildirilib ki, özəlləşmə sahəsində qarşılıqlı əməkdaşlıq əldə edilən inkişaf dinamikasının davamlılığını qoruyub saxlayacaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info