“Çox vaxt məsciddən kənarda Quran kursları təşkil olunur”
Tarix: 29.06.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


"Dini icmaların sədrlərinin böyük əksəriyyəti rəhbərlik etdiyi dini icmanın Nizamnaməsi ilə belə tanış deyillər. İslam təmayüllü dini icmalardan fərqli olaraq, qeyri-islami yönümlü dini icmaların əksəriyyəti bu barədə daha çox məlumatlıdır".
 
Bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda keçirilən respublika müşavirəsində Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
 
G. İsmayılov bildirib ki, qanunda müqəddəs kitabların öyrədilməsi halları əksini tapıb: "Çox vaxt məsciddən kənarda Quran kursları təşkil olunur. Müqəddəs kitabların öyrədilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Quran öyrədilməsi məqsədi ilə kursların açılmasını dəstəkləyirik. Ancaq Quran kursu yaratmaq üçün Qafqaz Müsəlmanları İdarəsinin razılığı olmalıdır. Digər müqəddəs kitabların öyrədilməsi ilə bağlı da qanunvericiliyin tələblərinə riayət edilməlidir".
 
Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, bu gün məsciddən, kilsədən kənarda dini fəaliyyət göstərmək halları var: "Bəzisi qarajını, bəzisi evini məscidə çevirmək istəyir. Kimsə evində ibadət edə bilər, amma heç kim evini məscidə çevirə bilməz. Görürsən ki, bir şəxsin bir vaxt maşını saxlamaq üçün qaraj kimi istifadə etdiyi yerə insanlar kütləvi ibadətə gedirlər. Bu, yolverilməzdir. Belə hallar əsassız olaraq bəzi beynəlxalq təşkilatların hesabatlarına da düşür.
 
Bundan başqa, cəbhəyanı kəndlərdə, bölgələrdə hansısa sektaların, radikal qrupların dini təbliğatına yol verməmişik və verməyəcəyik.
 
Heç bir halda qanunvericilikdən kənar dini fəaliyyətlə yol verilməyəcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info