Ermənistandan Dağlıq Qarabağa köçənləri yerli əhali Azərbaycan dilində «gəlmə» adlandırır
Tarix: 29.06.2018 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Həm Ermənistanda, həm də Dağlıq Qarabağda daxili ziddiyyətlər gündən- günə kəskinləşir

Ermənistandakı son yaşantılar daha çox xalqa populist vədlər verən Nikol Paşinyanın imzaladığı fərmanla bağlıdır. Bu fərmanın nə ilə sonuclanacağı da hələ sual altındadır. Çünki ölkə parlamentində azlıqda olan fraksiyanın nümayəndəsi kimi baş nazir seçilən Paşinyanın hakimiyyəti hələ də legitim qəbul edilmir. Buna görə də, bəzi erməni siyasətçilərinin dediyi kimi, onun hakimiyyəti üçün hər an təhlükə mövcuddur.
«Serj Sarkisyan və onun Respublika Partiyası tarixin arxivinə göndərildi. İndi isə Kreml Ermənistanda yeni bir "rus partiyası” yaratmağa başlayır». Bu sətirlər ermənilərin «ArmenianReport» saytından götürülüb. Saytın yazdığına görə, Rusiyanın Ermənistana tam nəzarət etmək üçün əlindən gələni edəcəyi məxməri inqilabın elə ilk günlərindən bəlli idi. Lakin Moskva Ermənistanın, onun vətəndaşlarının iradəsinə, planlarına müqavimət göstərə bilmədi: «Nəticədə məxməri inqilabın qələbəsi, Rusiyanın Ermənistandakı xain qüvvələrinə böyük zərbə vuraraq, onları tarixin dibinə gömdü».
İndi Manvel Qriqoriyanlar kimilərinin həbs olunduğunu bildirən sayt, bununla yanaşı, ölkədə ədalət prosesinin də bərpa edilməsinə «böyük önəm» verildiyini qeyd edir: «Bu gün sabiq hakimiyyət orqanları tərəfindən Ermənistanın təhlükəsizliyinə qarşı və eyni zamanda Rusiyanın xeyrinə olan hər şeyi yenidən nəzərdən keçirmək Paşinyan hökumətinin önəm kəsb edən məsələlərindən biridir. Məhz bu baxımdan Nikola Paşinyan hökumətinin "Ermənistanın yüksək gərginlikli şəbəkələri" qapalı səhmdar cəmiyyəti üzərində nəzarətin bərpa olunması haqqında verdiyi fərmanı qeyd etmək olar». Xatırladaq ki, bu səhmdar cəmiyyət ötən il Samvel Karapetyanın sahibi olduğu "Taşir" şirkətinə verilib. "Taşir" şirkətinin rəhbəri milliyyətcə erməni olsa da, şirkət tam Rusiya dövlətinin nəzarəti altındadır. Sənaye və tikinti qrupu kimi tanınan şirkətin Ermənistandan başqa, Rusiyanın 25 –dən artıq şəhərində də ofisi fəaliyyət göstərir.
Maraqlıdır ki, Paşinyanın səhmdar cəmiyyətin yenidən xalqa qaytarmaq istiqamətindəki addımına (təbii ki, burada Paşinyanın verdiyi fərman nəzərdə tutulur) böyük dəyər verdiyini izhar edən sayt, sabiq hakimiyyəti öz xalqına qarşı antidövlət və antimillilikdə ittiham edərək yazır: «İndi artıq ədaləti bərpa etmək vaxtıdır. Aydın məsələdir ki, nə Samvel Karapetyan, nə də onun himayədarı Kreml Paşinyanın bu addımı ilə barışmayacaq.


«Serj Sarkisyan və onun Respublika Partiyası tarixin arxivinə göndərildi. İndi isə Kreml Ermənistanda yeni bir "rus partiyası” yaratmağa başlayır»


Təsadüfi deyil ki, Rusiyada artıq İrəvanın bu addımı "yeni Ermənistan hakimiyyətinin rus biznesinə hücum"u kimi şərh olunmağa başlayıb. Təbii ki, Rusiyanın bu yanaşması bizim üçün təəccüblü deyil. Çünki onlar başqa cür işləyə bilməzlər. Onlar həmişə və hər yerdə yeni bir düşmən axtarırlar»-deyə sayt yazır. Maraqlıdır ki, Rusiyanın Baltikyanı ölkələrinə yaxınlaşmasına cürət etməməsini bu ölkələrin artıq AB və NATO üzvləri olmaları ilə əlaqələndirən sayt, bununla Paşinyan hökumətinin Avropaya meyillənməkdə haqlı olduğuna işarə vurur: «Artıq Baltikyanı ölkələrin yolu ilə Ukrayna və Gürcüstan da hərəkət edir. Vaxtilə Gürcüstanda Saakaşvilini İvanişvilinin əli ilə devirən Kreml demokratik Ermənistandan (?-A.B.) intiqam üçün erməni «İvanişvilini»- Samvel Karapetyanı varis təyin edir. Artıq Rusiya Kremlin hakimiyyətini Ermənistanda bərpa etməyi Karapetyandan tələb edir. Vaxtilə, Moskva Sarkisyanı sonadək müdafiə etmədiyini onun Kreml qarşısında etibarını itirməsi ilə əlaqələndirirdi. Bunu yaxşı anlayan Karapetiyan da Ermənistanda yeni rus partiyası yaratmaq üçün əməli fəaliyyətə keçib».
Bu arada ermənilərlə bağlı digər maraqlı fakt Dağlıq Qarabağ «parlamentində» yaşanıb. Belə ki, «müxalifətçi deputat» kimi təqdim edilən Ayka Xanumyanın çıxışına etiraz bildirən digər «müğənni deputat» Janna Qalstyan «həmkarını» acılayaraq ona Azərbaycan dilində «gəlmə» deyib. Hətta onu seksual xarakterli söyüşlərlə təhqir edib. Qeyd edək ki, «müxalifətçi deputat» çıxışı zamanı 2017-ci il üçün büdcə icraatı layihəsinə qarşı səs verəcəyini söyləyib. Onun sözlərinə görə, nə cəmiyyətin, nə də onun hər hansı bir nümayənldəsinin büdcəyə nəzarətdə təsirli mexanizmləri yoxdur: « Büdcə icraatının hazırlanmasına dair hesabat təqdim olunduqda, deputatlar heç bir şey tapa bilmirlər. Cəmiyyət isə onların verdiyi vergilərin xərclənməsinin effektivliyindən xəbərsizdirlər ". «Prezident» Bako Saakyanın istefasını tələb edən Xanumyan əks halda, onun «dövlətin» son çətirini belə, öz yaxınlarına satacağını bildirib: «Ötən il alınan rəsmi avtomobillər yenidən satışa çıxarılaraq, Saakyanın yaxınlarına ucuz qiymətə satılacaq və yeni avtomobillər almaq adı altında büdcədən əlavə pullar oğurlanacaq».
Qeyd edək ki, hadisəni şərh edən «Milli tərəqqi» partiyasının üzvü Tiqran Qriqoryanın sözlərinə görə, “Qarabağda Ermənistandan gələn əsgərlərə yox, burada yaşamaq üçün gələnlərə «gəlmə» (Bu ifadəni ermənicə yox, Azərbaycan dilində işlədirlər-A.B.) deyirlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info