“Keçmiş məzunlar doğma universitetdə”
Tarix: 29.06.2018 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin keçmiş məzunları ilə görüş olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin, həmçinin təhsil müəssisəsinin nəzdindəki Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, burada aparılan elmi-tədqiqatlar, beynəlxalq əlaqələr, 2017-2018-ci tədris ilinin nəticələri, qazanılan uğurlar haqqında ətraflı məlumat verib.
Bu il təhsilin həm bakalavriat, həm də magistratura pillələrində qəbulun daha yüksək səviyyədə aparıldığını qeyd edən rektor tələbələrin tədris göstəricilərinin və imtahan nəticələrinin də ürəkaçan olduğunu diqqətə çatdırıb. M.Babanlı universitetdə həyata keçirilən islahatların və şəffaf mühitin formalaşmasının gənclərə təhsildə geniş imkanlar yaratdığını söyləyib.
ADNSU-nun məzunları, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov, beynəlxalq dərəcəli hakim, idman ustası, polis polkovnik-leytenantı Hicran Şərifov və başqaları “Azİİ”dəki (indiki ADNSU) tələbəlik illərindən söz açıb, bu ali təhsil müəssisəsində aparılan islahatların əhəmiyyətini qeyd ediblər.
Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info