Xızının Yeni Yaşma kəndinə içməli su verilib
Tarix: 29.06.2018 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində kənd və qəsəbələrdə içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC tərəfindən Xızı rayonunun Yeni Yaşma kəndində icra olunan layihə uğurla yekunlaşıb və 2000-dən artıq sakin dayanıqlı içməli su ilə təmin edilib.
Xızı rayonunun Yeni Yaşma kəndində yeni içməli su təchizatı sistemlərinin yaradılması dövlət investisiya layihəsi çərçivəsində həyata keçirilib. Yeni layihənin icrasına qədər kəndin su təchizatı 1990-cı illərdə yaradılmış infrastruktur hesabına həyata keçirilib. Həmin illərdə tikilmiş magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan son vaxtlar normal su təchizatını həyata keçirmək mümkün olmayıb. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranıb. Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin əhali artımı və kəndin böyüməsi nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib.
Layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma kəndinə 5,3 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri inşa edilib. Qısa müddətdə kənd ərazisində 9,7 kilometr uzunluğunda yeni içməli su şəbəkəsi yaradılıb. Hər bir evə birləşmə verilib və 360 abonent sayğacla təmin edilib. Kəndin mərkəzində əhalinin ümumi istifadəsi üçün bulaq quraşdırılıb. Eyni zamanda kəndin relyef şəraiti nəzərə alınaraq dayanıqlı su təchizatı məqsədilə 2 ədəd hidrofor tipli nasos stansiyası inşa edilib. Artıq tikinti-quraşdırma işləri yekunlaşıb, 2000-dən çox sakin yeni yaradılmış infrastruktur hesabına fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.
Kənd ərazisində içməli su şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra qazıntı işləri aparılmış yerlərdə asfalt örtüyü bərpa edilib.
Qeyd edək ki, 2018-ci ildə dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonu ilə yanaşı, Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində yeni su təchizatı infrastrukturunun yaradılması nəzərdə tutulub. Artıq Oğuz rayonunun Astraxanovka, Vladimirovka və Qarabulaq kəndlərində layihələrin icrası yekunlaşıb və 2000-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Digər rayonların kənd və qəsəbələrində layihələrin icrası davam etdirilir. Bununla paralel olaraq Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində 13 rayonun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunur.
Ümumilikdə, 2018-ci ildə “Azərsu” ASC tərəfindən əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info