“Azərbaycanın taleyi ilə bağlı qərar vermək iddiasında olanlar kiminsə himayəsində ola bilməzlər”
Tarix: 14.06.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Mütəllim Rəhimli: “Müxalifət əvvəl milli maraqlarımızı üstün tutmalı, sonra qrup və daha sonra şəxsi mənafeləri qabartmalıdırlar. Təəssüf ki, bunun əksini görməkdəyik”

Müxalifət düşərgəsində həmişə xarici qüvvələrə meyilli olan radikal kəsim “milli şura” adlı bir qurumda bir araya gəlməyə çalışır. Hərçənd ki radikallar arasında “milli şura”da önə çıxmaq və namizədlik üstündə çoxtərəfli və kəskin ziddiyyətlər var. Eyni zamanda o da bəllidir ki, “milli şura” Rusiyadakı bəzi dairələrin layihəsidir. Bu dairələr Azərbaycan mənafelərinə və müstəqilliyinə zidd olan niyyətlərlə “milli şura”da azərbaycançılıq keyfiyyətləri olmayan qrupları və şəxsləri bir araya gətirməyə çalışırlar. Müxalifət düşərgəsində də hamı şübhələnir ki, “milli şura”nın ideya müəllifi olan, Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyov, Eldar Namazov Rusiyadakı həmin dairələrə işləyir.
Müxalifət qəzetləri özləri də bunu yazırlar, şübhələrini bildirirlər. Beləliklə, Namazov, İbrahimbəyov kimilərinin antimilli dairələrə işlədiyi barədə ictimaiyyətdə rəy formalaşıb. Belə olduğu halda, özlərini Rəsulzadə yolunun davamçısı sayan, Qərbə inteqrasiyanı əsas götürdüklərini elan edən AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər özlərinə necə bəraət qazandıracaqlar ki, onlar bu cür rusiyameyilli adamların başçılığı altına giriblər? Sonra onlar bunun hesabını necə verəcəklər?
Bu barədə qəzetimizə fikirlərini bildirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli belə dedi: “Milli şura”nın oriyentasiyası ilə bağlı yekdil fikir yoxdur. Əgər diqqət etdinizsə, onun elan olunması ərəfəsində çox böyük gərginlik yaşandı. Bu da baxışlar sistemindəki fərqlərlə bağlı idi. Əslində elə bütün bunlar onun vahid qüvvəyə çevrilməsinə imkan verməyəcək. Azərbaycanın taleyi ilə bağlı qərar vermək iddiasında olan şəxslər kiminsə himayəsində ola bilməzlər. Onlar yalnız bu dövlətin və xalqın maraqlarından çıxış etməlidirlər. Fərqi yoxdur həmin şəxslər qərbmeyilli olsunlar, ya rusiyayönümlü. Heç bir halda bu ölkələrdəki bəzi dairələr Azərbaycanın inkişafını istəmirlər. Onların niyyətləri respublikamızın sərvətlərini istismar etmək, xalqımızın hesabına daha yaxşı yaşamaq və müstəmləkəçi siyasətlərini yürütməkdir. Əgər belə olmazdısa, 20 il müddətində ədaləti bərpa edərək Dağlıq Qarabağın azad olunmasına diqqət yönəldərdilər. Lakin bu baş verməyib. Azərbaycanın müxalifət düşərgəsi hər şeydən əvvəl milli maraqlarımızı üstün tutmalı, sonra qrup və daha sonra şəxsi mənafeləri qabartmalıdırlar. Təəssüf ki, biz bir çox hallarda bunun əksini görməkdəyik.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə bizə fikirlərini belə bildirdi: “Radikal müxalifət düşərgəsində deqradasiya prosesi özünün son həddinə çatıb. Bu günə qədər yaradılan heç bir birlik, qurum bu düşərgəni iflasdan, ideoloji boşluqdan xilas edə bilmədi.
Müxalifət liderləri arasında uzun illər boyu formalaşmış qarşılıqlı nifrət, qəbuledilməzlik, inkarçılıq, siyasi əxlaq anlayışının son sıraya keçməsi mövcud vəziyyətin yaranmasına səbəb olub. Bu baxımdan Əli Kərimli və İsa Qəmbərin vaxtilə elan etdikləri strateji hədəflərə arxa çevirmələrindən təəccüblənmək lazım deyil”.
E.Mirzəbəyli əmindir ki, bu seçkidən sonra həmin “liderlər” siyasi səhnədə qalmayacaqlar: “Çünki onlar son addımlarıyla özlərinə siyasi "ölüm hökmü" kəsiblər”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info