Monpelye Universitetinin diplomları Azərbaycanda təqdim edildi
Tarix: 29.06.2018 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


UNEC-in “Məzun Günü” keçirilib. “İnter Arena” stadionunda keçirilən təntənəli mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri, UNEC-in fəxri məzunları və II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər iştirak edib. Məzunları təbrik edən UNEC-in rektoru, professor Ədalət Muradov bu günü hesabat anı adlandırıb: “Məzunlarımızın iş dünyasında peşəkar mütəxəssis kimi önəmli yer tutacağına, Azərbaycanın sosial-iqtisadi həyatında fəal rol oynayacağına, ölkənin hərtərəfli inkişafına öz töhfələrini verəcəyinə və Vətən qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəyinə əminik”. Ə.Muradov UNEC-in məzunlara qazandırdığı bilik və dəyərlərin onlar üçün uğura aparan yol göstəricisi olacağını bildirib. 25 il öncə təhsil aldığı ali məktəbin bu önəmli gününə fəxri məzun kimi dəvət olunmaqdan məmnunluğunu ifadə edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetinin məzunu olmaları münasibətilə gəncləri təbrik edib. V.Gülməmmədov UNEC-in son dövrdəki uğurlarını, beynəlxalq reytinqlərdə yer almasını və dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını qürurla izlədiyini bildirib. “Məzun Günü”ndə iştirak etmək üçün Azərbaycana gələn Fransanın Monpelye Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri, “Beynəlxalq Biznes Mühəndisliyi” Magistr Proqramının və “Beynəlxalq Menecment və Biznes” Bakalavr Proqramlarının rəhbəri, professor Gilles Sere de Lanauze Azərbaycanla Fransa arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığı təqdirəlayiq adlandırıb. UNEC ilə Monpelye Universitetinin ikili diplom proqramının əhəmiyyətindən söz açan qonaq bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, Monpelye Universitetinin UNEC ilə uğurlu əməkdaşlığını digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Sonra proqramın ilk məzunlarına Monpelye Universitetinin diplomları təqdim edilib.
Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək bal (98.53) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Səbinə Nəcəfzadə UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. S.Nəcəfzadə UNEC-in bayrağını III kurs üzrə ən yüksək nəticə göstərən tələbəyə təhvil verərək, 3468 məzun adından təntənəli and içib. UNEC-in himninin sədaları altında dekanlar fakültə üzrə ən yüksək bal toplayan məzunları təltif edib. Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib. 2017/18-ci tədris ilində UNEC-dən 3468 gənc məzun olub. Onlardan 2770-i bakalavr, 698-u isə magistrdir. Məzunların 226 nəfəri UNEC-i fərqlənmə diplomu ilə bitirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info