Avropa narahatlıq içində: Tramp Putinə nələri güzəştə gedəcək
Tarix: 29.06.2018 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


ABŞ dövlət başçısı Tramp Fransa prezidenti Makrona Avropa İttifaqından çıxmağı təklif edib

Vaşinqtonun planına əsasən ABŞ İordaniya ilə sərhəd rayonlarını Suriya qoşunlarının nəzarətinə keçməsinə razılıq verəcək. Digər razılıq Suriyanın cənub-qərbində Rusiya tərəfindən təhlükəsizlik zonasının yarıdılması ilə bağlı olacaq. ABŞ həmin əraziyə İran qüvvələrinin daxil olmayacağına təminat istəyir

İki gün əvvəl elan olundu ki, ABŞ və Rusiya dövlət başçıları iyulun 16-da Helsinkidə bir araya gələcəklər. Belə bir görüşün keçirilməsinin yeri və zamanı ilə bağlı informasiyanın Avropa İttifaqının sammitinin işə başladığı gündə elan olunması təsadüfü sayılmır. “Times” nəşri yazır ki, bu görüş Avropada böyük təlaş yaradıb. Qitədə hesab edirlər ki, Tramp-Putin görüşündə müəyyən gizli razılıqlar əldə ediləcək və bu razılıqlar qarşılıqlı güzəştlərlə müşahidə ediləcək. Elə Avropanı narahat edən məqam da onlar üçün məlum olmayan bu güzəştlərdir. Vaşinqtonun NATO qarşısında öhdəliklərində güzəştə gedə biləcəyi ehtimal edilir. Birləşmiş Krallıq hökumətində hesab edirlər ki, Tramp Putinlə keçirəcəyi görüşdən sonra bəzi NATO təlimlərinin təxirə salınması gözlənilir. Bu ilin payızında Norveçdə NATO-nun iri hərbi təliminin keçirilməsi planlaşdırılır. Putinə ilk güzəşt kimi ABŞ bu təlimlərdən imtina edə bilər. Digər məqam Polşada ABŞ bazalarının yarıdılmasıdır. Məsələnin maraqlı tərəfi odur ki, Vaşinqton həmin bazanı NATO çərçivəsində deyil, Polşanın öz hesabına ikitərəfli sazişlə yaradacaq. “Washington Post” nəşrində dünən çap edilən məqalə də Brüsseldə narahatlıq yaradıb. Nəşr yazıb ki, ABŞ dövlət başçısı Tramp Fransa prezidenti Makrona Avropa İttifaqından çıxmağı təklif edib. İki lider aprelin sonunda Ağ Evdə görüşmüşdü. Həmin görüşdə Tramp Makrona Fransanın Avropa İttifaqından çıxmasını təklif edib. Əvəzində Fransaya Avropa İttifaqından fərqli olaraq daha yaxşı şərtlərdə ticarət müqavilələri təklif edilib.
CNN isə xəbər verir ki, Tramp-Putin görüşündə əldə ediləcək razılıq çərçivəsində ABŞ qoşunları Suriyanı tərk edəcək. Diplomatik mənbələrə istinad edən CNN qeyd edir ki, artıq bu məsələ Ağ Evdə Trampla İordaniya Kralı Abdulla arasında müzakirə edilib. Vaşinqtonun planına əsasən ABŞ İordaniya ilə sərhəd rayonlarını Suriya qoşunlarının nəzarətinə keçməsinə razılıq verəcək. Bir şərtlə ki, Suriya hökuməti orada olan üsyançıların başqa bölgəyə keçməsinə şərait yaradacaq. Digər razılıq Suriyanın cənub-qərbində Rusiya tərəfindən təhlükəsizlik zonasının yarıdılması ilə bağlı olacaq. ABŞ həmin əraziyə İran qüvvələrinin daxil olmayacağına təminat istəyir. “İranı Suriyadan çıxarmaq” məsələsi ABŞ-ın Suriyadan çıxmasının əsas tezisidir. Rusiyanın ABŞ-ın İrana qarşı sanksiya siyasətini dəstəkləməsi gözlənilmir. Rusiyalı ekspertlər qeyd edirlər ki, ABŞ lideri Putini bu məsələdə dilə tutmağa çalışacaq. Amma bunun üçün Vaşinqton Rusiyaya nə vəd edə bilər? İlk ağıla gələn Ukraynadır. Ağ Evdə Rusiyanın Ukraynadakı həyati maraqlarını yaxşı bilirlər. Amma ekspertlərin əksəriyyəti hesab edir ki, Tramp Ukrayna məsələsində təkbaşına Rusiyaya güzəştə gedə bilməz. Suriya ilə yanaşı, İrana tətbiq edilən sanksiyalar, neft ixracı, Ukrayna məsələsi də Helsinkidə müzakirə obyekti olacaq. Ağ Evdə hesab edirlər ki, iki liderin görüşü münasibətlərdə olan gərginliyi azaldacaq və normal əlaqələri təmin edəcək. Ağ Ev təmsilçisi Lindsi Uolters qeyd edib ki, Tramp-Putin görüşü dünyanı daha yaxşı və təhlükəsiz edəcək. Uoltersə “Tramp Putindən Krımın Ukraynaya qaytarılmasını tələb edəcəkmi” sualı ünvanlanıb. Ağ Ev rəsmisi irəli qaçmamağı tövsiyə edib. Görüş yeri kimi Helsinkinin seçilməsi də təsadüfi deyil. 1975-ci ildə ABŞ dövlət başçısı Cerald Fordla SSRİ lideri Leonid Brejnev məhz Helsinkidə görüşüblər. 1990-cı ildə Buşla Qorbaçov, 1997-ci ildə isə Klintonla Yeltsin də məhz Helsinkidə bir araya gəliblər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info