Ermənilər şokda: “Paraddakı texnika ilə Azərbaycan bizi darmadağın edər”
Tarix: 29.06.2018 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Karen Markaryan: “Bir də gözümüzü açacağıq ki, Azərbaycan tankları Yerevanda hərbi parad keçirir”

Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad geniş şəkildə müzakirə olunmaqda davam edir. Azərbaycanın hərbi qüdrətinin ifadəsi olan parad bir daha dünyaya mesaj göndərdi ki, Azərbaycan dünyanın ən güclü ordularından birinə sahibdir və bu ordu qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Möhtəşəm hərbi paradla həm də dünyaya mesaj ünvanlandı ki, ölkəmiz işğal altındakı torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır. Bu gün Azərbaycan Ordusu ən müasir silah və texnologiyalarla təchiz olunur. Paradda çıxış edən Prezident də qeyd etdi ki, Ordumuzun döyüş qabiliyyəti artır: “Mən dəfələrlə hərbi hissələrdə vəziyyətlə tanış olarkən qeyd edirdim ki, Azərbaycanda çox yüksək vətənpərvərlik ruhu var. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir”. Prezident qeyd etdi ki, bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin: “Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”. Hərbi parad işğalçı Ermənistanda şok effekti yaradıb. Ermənistan mediası, ekspertləri və sosial şəbəkə istifadəçiləri bir neçə gündür bu haqda yazaraq Azərbaycan ordusunun gücünü etiraf edirlər. Bu yanaşma sosial şəbəkələrdə özünü daha bariz göstərir. Robert Şaqinyan adlı erməninin “Twitter”də yazdıqları paradın Ermənistanda yaratdığı xofu əla ifadə edir. Onun statusunu “Facebook”da yaradılan “İlham Əliyevin dostları” qrupu da paylaşıb. Robert Şaqinyan “Twitter”də yazıb: “Azərbaycanlıların Aprel hücumundan və Naxçıvandakı əməliyyatlarından sonrakı qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Onun paradda dediklərini rus saytlarından oxumaq kifayətdir ki, bizi nələrin gözlədiyini təsəvvür edəsən”. Karen Markaryan adlı birinin paylaşdığı status və ona yazılan rəylər çoxlu bəyənmələr toplayıb: “Dünən təsadüfən “Facebook”da bir səhifədə Azərbaycandakı paraddan şəkilləri gördüm. Maraqla baxdım və sözün əsl mənasında, şok yaşadım. Ermənistan rəhbərliyi hər dəfə müharibədən dəm vurur. Paraddakı texnika ilə Azərbaycan bizi darmadağın edər. Elə hey deyirik müharibə, müharibə, müharibə... Bir də gözümüzü açacağıq ki, Azərbaycan tankları Yerevanda hərbi parad keçirir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info