AMEA professorlarının koordinasiya şurası yaradılıb
Tarix: 30.06.2018 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. İclasda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıblar. Qaliblərə mükafatları AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib. Tədbirdə bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsi elan olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaqdır. Müsabiqədə akademiyanın 46 gənc alimi iştirak edib. Müsabiqənin nəticələrinə görə, mükafata 14 gənc alim layiq görülüb. Qaliblər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafatlandırılıblar. İclasda akademiyanın prezidenti, akademik Akif Əlizadə “Magistr-2018” müsabiqəsinin qaliblərinə də mükafatları təqdim edib. AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında keçirilən müsabiqədə 47 magistrant iştirak edib. İclasda müzakirəyə çıxarılan məsələlərdən biri AMEA-nın professorlarının koordinasiya şurasının yaradılması ilə bağlı olub. Akif Əlizadə yeni yaradılan şura barədə məlumat verib. Qeyd olunub ki, şuranın yaradılmasının məqsədi AMEA-nın professorları üçün müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının akademiyanın elmi və elmi-təşkilati həyatında daha fəal iştirakına nail olmaqdır. Akademik qeyd edib ki, AMEA-nın professorlarının qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Onlar bu vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, öz fəaliyyətində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, kadr hazırlığına və tədris prosesində elmi biliklərin və nailiyyətlərin təbliğinə, habelə innovativ fəaliyyətin inkişafına dəstək verməlidirlər. Rəyasət Heyətinin qərarı ilə şura yaradılıb, bu qurumun Əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir
20.08.2019
Onlar yüksək balla Azərbaycan İlahiyyat İnstitutunu seçdilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info