Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib
Tarix: 30.06.2018 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlik barədə məlumat verib. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə artıb və bu dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir. Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, təqdim olunmuş qanun layihəsi ilə dövlət və icmal büdcələrinin bir sıra gəlir və xərc maddələrinin artırılması və azaldılması, həmçinin dövlət büdcəsinin gəlir və xərclərinin tarazlaşdırılması nəzərdə tutulur. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, müzakirə olunan qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 23-cü maddəsinə və sənədlə müəyyən edilmiş məlumatlar əlavə olunmaqla təqdim edilib. Qeyd edilib ki, 2018-ci ilin ilk 5 ayında neftin orta qiyməti dövlət büdcəsində ilkin nəzərdə tutulmuş göstəricidən 71 faiz, yenidən baxılan dövlət büdcəsində nəzərdə tutulmuş göstəricidən isə 40,0 faiz çoxdur. Neftin qiyməti ilə son aylarda müşahidə edilən meyillər, həmçinin geosiyasi proseslər yenidən dövlət büdcəsində neftin qiymətinin 55 dollar səviyyəsində proqnozlaşdırılmasını obyektiv zərurətdən irəli gələn və ölkənin valyuta ehtiyatlarının qorunmasına xidmət edən ehtiyatlı yanaşma olduğunu vurğulamaq imkanı verir. Hesablama Palatasının sədri qeyd edib ki, təklif olunan dəyişikliklərlə dövlət büdcəsinin gəlirlərinin 22,1 milyard manat məbləğinədək artırılması nəzərdə tutulub ki, bu da gəlirlərin ÜDM-ə nisbətinin təsdiq edilmiş göstəricilərlə müqayisədə 0,6 faiz bəndi çox olmaqla 29,6 faizə çatmasına şərait yaradacaq. Sonra Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub. İclasda “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim edilib. Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya təsdiq olunub, “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan Ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”, “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSİ arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihələri qəbul edilib. Deputatlar, həmçinin Cinayət, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki, Miqrasiya məcəllələrinə edilən dəyişiklikləri də nəzərdən keçiriblər. İclasda “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Notariat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə də baxılıb. Müzakirə olunan bütün qanun layihələri səsə qoyularaq qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info