Nəqliyyatın “20 Yanvar” körpüsü və tunel ilə hərəkəti bərpa olunur
Tarix: 30.06.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu çərçivədə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinin 1-ci mərhələsi bitmək üzrədir. Artıq ərazidə son tamamlanma işləri aparılır. Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) mövcud avtomobil körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edib. Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin “20 Yanvar” körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni “20 Yanvar” dairəsi - “Şamaxı yolu” adlanan ərazi istiqamətinə yönəldilib. Artıq ərazidə son tamamlanma işləri aparılır, yol xətlənir. Səhər tezdən körpü və tunellə hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. Bununla da “20 Yanvar” dairəsi və Şamaxı yolu deyilən ərazi istiqamətində yaranan sıxlıq aradan qaldırılacaq. 1-ci mərhələ çərçivəsində təmir işləri Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq mövcud avtomobil körpüsünədək 2 kilometrlik hissədə aparılıb. Bu gündən etibarən isə körpüdən üzü Xırdalan dairəsinə doğru işlərə start verilir. Bu istiqamətdə hərəkət məhdudlaşdırılmadan təmir işləri davam etdiriləcək. Yəni təmir işləri yalnız bir-neçə zolaq üzrə aparılacaq, digər zolaqlarla hərəkət davam etdiriləcək. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsi 2008-ci ildə istifadəyə verilib və o gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 5-6 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir. Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii faktorların təsiri ilə artıq aşınmalar yaranmış, üstəlik yol ayrıcında yerləşən dəmir tirlərin sökülməsi ilə əlavə 1 hərəkət zolağı enində yol genişləndirilmişdi. Genişləndirilmiş ərazilərə vurulan asfalt-beton örtükdə də aşınmalar və deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən, təmir işləri aparılmasaydı, 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər olacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu üzdən Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumların razılığı ilə yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğun sayılıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info