Azərbaycan Ordusu qarşısında dura bilməyəcəyik
Tarix: 30.06.2018 | Saat: 12:27:00 | E-mail | Çapa göndər



"Azərbaycan prezidenti İlham Əliyevin hərbi paradda son bəyanatı ciddi çağırışdır. Ermənistan isə susqunluğunu saxlamaqdadır. Azərbaycan Ordusunun son hərbi paradında müxtəlif ölkələrin nümayəndləri iştirak edirdilər və Prezident İlham Əliyev düz onların qarşısında bu cür bəyanatla çıxış etdi".
Bunu erməni polkovnik, "Tiqran Mets" xüsusi hərbi təlim və tədris mərkəzinin direktoru Koryun Qumaşyan bildirib.
Rəsmi Bakı Arpa kəndi istiqamətində öz mövqelərini qabağa çəkməklə Ararat, Keşişkənd və Arpa kəndini nəzarətdə saxlayır və bu, reallıqdır.
Qumaşyan Ermənistan Müdafiə Nazirliyini də kəskin tənqid edib: "Ermənistan Müdafiə Nazirliyi öz adını tam doğruldur, çünki yalnız müdafiə olunur. Gözləyirik ki, bizə hücum edəcəklər, biz də müdafiə olunaq. Müharibə genişmiqyaslı olacaq, bunu Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnikası sübut edir. Ermənistanda ordu talan olunan zaman Azərbaycan hərbi texnikanın modernləşdirilməsi və ordu quruculuğu ilə məşğul idi".
Polkovnik, həmçinin qeyd edib ki, Azərbaycan Ordusunun hazırlıq və döyüş qabiliyyəti yüksək səviyyədədir: "Parad zamanı mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığını ciddi şəkildə izləyirdim. Silahlar yeni idi, hətta sıra hazırlığı öz intizamı üzrə Koreya ordusunu xatırladırdı. Müharibədən keçən şəxsi bu cür vəziyyət çox ciddi narahat edir. Onlar yeni silahlarını göstərdi. Ehtimal ki, silahların bir qismi hələ məxfi saxlanılır. Bizim isə bunun qarşısında hansısa addım atdıgımızı görmürəm. Ciddi nəticə çıxarmasaq, vəziyyət pis olacaq". /xezerxeber.az

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info