ABŞ Dövlət Departamenti Cənub Qaz Dəhlizinin vacibliyini vurğulayıb
Tarix: 30.06.2018 | Saat: 15:58:00 | E-mail | Çapa göndər



ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinin vacibliyi barədə bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bu həftə Vaşinqtonda keçirilmiş Dünya Qaz Konfransı enerji resurslarının şaxələndirmə matrisindən istifadə edən ölkələrin və regionların, bu resursların təchizat marşrutlarının və mənbə ölkələrinin enerji təhlükəsizliyinin əhəmiyyətini daha möhkəmləndirir.
Noyert vurğulayıb ki, ABŞ Avropanın bir təchizat mənbəyindən asılı olmasının əleyhinədir. Bəyanatda xüsusi qeyd edilir ki, Birləşmiş Ştatlar 2020-ci ilə qədər Xəzərdən çıxarılan Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi üzrə Azərbaycanda və Türkiyədə qazanılmış tarixi tərəqqini yüksək qiymətləndirir.
Dövlət Departamentinin nümayəndəsi onu da qeyd edib ki, ABŞ bu həftənin əvvəlində Dünya Qaz Konfransında Polşanın 2022-ci ildən etibarən Amerikadan maye təbii qaz idxalı barədə 20 illik saziş imzalanması barədə bəyanatını alqışlayır. Noyert daha sonra bildirib ki, Birləşmiş Ştatlar bütün dünyada öz müttəfiqlərinin və tərəfdaşlarının enerji təhlükəsizliyinə, energetikanın şaxələndirilməsinə şərait yaradan digər layihələri, o cümlədən Xorvatiya və Rumıniyanın energetika layihələrini də dəstəkləyir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info