YAP Milli Qurtuluş Gününü qeyd edib
Tarix: 14.06.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib. Mərasimi giriş nitqi ilə açan YAP sədrinin müavini-icraçı katib Əli Əhmədov deyib ki, Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib: “Bu 20 il ərzində tərəqqi, inkişaf, islahatlar, quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır”.
Ə. Əhmədov Azərbaycanın regionun ən güclü dövlətlərindən biri olduğunu söyləyib: “İnsanların ölkəsinə, dövlətinə, Prezidentinə inamı artıb. Bu inamın nəticəsidir ki, Azərbaycan vətəndaşları yenidən İlham Əliyevin namizədliyinin irəli sürülməsi qənaətinə gəlirlər”. Ə. Əhmədov hakimiyyətə iddialı olan bəzi müxalifət qurumlarını xaricdən layihələşdirilən proseslərin iştirakçısı olmaqda ittiham edib. YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova 20 il öncə ölkədəki siyasi-iqtisadi vəziyyəti xatırladaraq, həmin dövrü mövcud sosial-iqtisadi mühitlə müqayisə edib. B. Muradovanın sözlərinə görə, Azərbaycan xalqı zamanı, tarixi prosesləri göz önünə gətirməli və seçkilərdə mövqeyini müəyyənləşdirməlidir: “Biz bu gün 20 il əvvələ baxaraq, qazandıqlarımızı götür-qoy edə bilərik. Bizim ən böyük nailiyyətimiz Azərbaycan dövləti oldu. Bu dövr ərzində xalqımızın özünə inamı da artdı. Zaman gələcək, bu dövrü özündə əhatə edəcək əsərlər yazılacaq və filmlər çəkiləcək”. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov 1990-cı ilin əvvəllərində ölkədəki ictimai-siyasi vəziyyət, Heydər Əliyevin Naxçıvan rəhbərliyinə gətirilməsi haqda danışıb. E. İbrahimov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan üçün çox önəmli bayramdır.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
12.11.2019
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü”: VİDEO
12.11.2019
Mərdan Camalov Şirvanın icra başçısı vəzifəsindən azad edilib
12.11.2019
Masallıda masalılı jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
12.11.2019
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info