İyulun ilk günündə paytaxtda 41 dərəcə isti olacağı proqnozlaşdırılır
Tarix: 30.06.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər



Azərbaycanda iyulun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 23-27°, gündüz 37-41° isti olacağı gözlənilir.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun hərarəti 27-28° isti olacaq.
Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun hərarətinin 28-29° isti olacağı ehtimalı var.
Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-dan 17:00-dək Günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Xəbərdarlığa görə, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41° isti olacağı proqnozlaşdırılır.
Tibbi-meteoroloji proqnoza görə, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26°, gündüz 38-43° isti, dağlarda gecə 17-22°, gündüz 26-31° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26°, gündüz 37-42° isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26°, gündüz 36-41° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 17-22°, gündüz 28-33° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Günəşli olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 38-43° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-25°, gündüz 34-39° isti, dağlarda gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info