“DÇ 2018”: Argentina çempionatla vidalaşdı
Tarix: 01.07.2018 | Saat: 02:42:00 | E-mail | Çapa göndər



İyunun 30-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə Fransa-Argentina oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, “Kazan Arena”da keçirilən görüşdə Fransa millisi 4:3 hesabı ilə qalib gələrək dörddəbir finalın ilk iştirakçısı olub. Çempionatda ümidləri doğrultmayan Argentina yığma komandası isə mundialla vidalaşıb.
İranlı referi Alireza Faqaninin idarə etdiyi oyunda hesabı 13-cü dəqiqədə Fransa yığması açıb. Fransızların sürətli əks-hücumu zamanı gözəl driblinq edərək argentinalıların cərimə meydançasına daxil olan Kaylian Mbappenin qarşısı kobudluqla alınıb. Argentina yığmasının qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini Antuan Qrizman dəqiq yerinə yetirib – 1:0.
Bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan argentinalılar 41-ci dəqiqədə istəklərinə çatıblar. Anxel Di Marianın uzaq məsafədən qüvvətli zərbəsini qapıçı Uqo Loris dəf edə bilməyib – 1:1.
İlk hissə bu hesabla başa çatıb.
Oyunun ikinci hissəsinin əvvəlində - 48-ci dəqiqədə “gümüşü ölkə” təmsilçiləri hesabda irəli çıxıblar. Lionel Messinin qapıya vurduğu top argentinalı Qabriel Merkadoya toxunaraq istiqamətini dəyişib və qapıya daxil olub – 1:2.
Bu qoldan sonra oyunda təşəbbüsü ələ alan Fransa yığması ardıcıl üç dəfə fərqlənib. Belə ki, 57-ci dəqiqədə Benjamin Pavardın qüvvətli zərbəsi dəqiq olub – 2:2. Oyunun 64-cü və 68-ci dəqiqələrində dubl edən Kylian Mbappe hesab arasındakı fərqi iki topa çatdırıb – 4:2.
Lakin bu da oyunda sonuncu qol olmayıb. Oyunun əsas vaxtına artırılan hissənin 3-cü dəqiqəsində Kun Aqüero bu qollardan birinin əvəzini çıxıb – 4:3.
Beləliklə, XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin ilk oyununda 4:3 hesabı ilə qalib gələn Fransa yığması dörddəbir finala yüksələn ilk komanda olub. Argentina yığması isə mundialda mübarizəni dayandırıb.
Fransa millisi dörddəbir finalda Uruqvay-Portuqaliya matçının qalibi ilə qarşılaşacaq.
Günün digər oyununda Uruqvay və Portuqaliya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı meksikalı referi Sezar Ramos idarə edəcək. Matç Soçidəki “Fişt” stadionunda oynanılacaq.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 1-də İspaniya-Rusiya, Xorvatiya-Danimarka matçları oynanılacaq. İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.
Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Bundan əlavə, Fransa-Argentina və İspaniya-Rusiya görüşləri İctimai Televiziyada futbolsevərlərə təqdim olunacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info