Paşinyanın korrupsiya mübarizəsi və əldə etdiyi vəsatinin sonrakı aqibəti
Tarix: 01.07.2018 | Saat: 06:25:00 | E-mail | Çapa göndər



Ermənistan əhalisi, deyəsən.yavaş-yavam aldadıldığını anlamağa başlamaqdadır. Xalqa verilən yalan vədlər, qəzəbli ittihamı çıxışlar bir daha şou maskalıların heç bir problemi həll etmək iqtidarında olmadını ortaya qoymaqdadır. Təbii ki, bu mənim kəşfim deyil.
Bunu artıq ermənilərin özləri də etiraf etməkdədirlər. Faktlara müraciət edək: “Ermənistan vətəndaşları ölkədə vəd edilən dəyişiklıkləri gözləyirlər. Lakin onlara ümid və narahatlıq qarışıq gələcəyi gözləmək hələ ki, qeyri-müəyyən görünür. Paşinyanın vəd etdiyi inkiışaf isə hələ ki, görünmür. Baş nazirin ölkədəki “korrupsiyaya qarşı mübarizə” kampaniyasına da, artıq ermənilər şou kimi baxmağa başlayıblar. Onlar Paşinyanın “korrupsiyaya qarşı mübarizə” kimi qələmə verdiyi “fəaliyyətinin” ermənilərin həyatımında əsas dəyişikliklər üçün həlledici ola biləcəyinə inamlarını itirməyə başlayıblar.. Qeyd etdiyim kimi. bunları mən, ermənilərin “Голос Армении” “(Ermənistanın səsi”) saytına istunad erərək yazıram.
Maraqlıdır, Ermənistan baş nazirinin müşaviri Artak Manukyan “korrupsiya hallarının aşkarlanması nəticəsində 35 milyon dollardan artıq vəsaitin “dövlət büdcəsinə” qaytarılması barədə məlumat verib. Lakin sual doguran qaytarılmış 35 milyon dolların sonrakı aqibəti barədədir. Yaxşı, saytın 35 milyon dolların son 10-15 ilin “məhsulu” olduğunu bəyan etməkdə məqsədi nədir? Elə başa düşülür ki, guya ondan əvvəl Ermənistana rəhbərlik edənlər mələk kimi, pak yaşayıblar. Yox, təbii ki, belə deyil. Bütün bunlar, Paşinyan və onun ətrafına qarşıda gözlənilən parlament seckiləri üçün lazımdır. Paşinyan tərəfdarları korrupsiyadan əldə edilən vəsaitin miqdarını 35 milyon dollar yox. deyək kı, lap 55 milyon da göstərə bilərdilər. Axı başa düşmək lazımdır ki, sadə xalq bütün bunları yoxlamaq iqtidarında deyil, Elə burada da belə bir sual dogur: “korrupsiyadan əldə edilən vəsait” qarşıda çətin günlər gözləyən Ermənistanı hər hansı bir iqtisadi bir problemdən mühafizə, yəni qoruya biləcəkmı? Təbii ki, bu. o qədər də inandırıcı görünmür. Çünki, erməni mətbuatının “korrupsioner” kimi təqdim etdiyi erməni sahibkar və ya məmur o qədər də ağılsız deyil ki, İrəvanın cılız banklarına vəsait yatırtsın. Hazırda erməni mühafizə orqanlarının “korrupsioner” damğası ilə tutduqları, necə deyərlər aysberqin görünən tərəfidir.
“Nikol Paşinyan baş nazir ola biləcəyini gözləmirdi. Buna görə də onun addımlarında hələ ki, konkretlik nəzərə çarpmır. O bir çox şeyləri spontan şəkildə edir". Bu fikirləri bir müddət bundan əvvəl BBC-nin Azəraycan bölməsinə, nə qədər qəribə olsa da, erməni politoloq Stepan Danielyan elə Azərbaycan dilində də bildirib Bir də mənə hələ də müəmma kimi görünən Serş Sarkisyanın “...Paşinyan haqlıdır. Mən sizin tələblərinizi yerinə yetirirəm" deyərək istefa verməsidir. Təbii ki, bütün bunlarla baglı bizdə olan zərb-məsəli səsləndirməyi özümə rəva bilmirəm.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info