Qarabağda rusiyalı və azərbaycanlı deputatların iştirakı ilə beynəlxalq konfrans
Tarix: 01.07.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Maksim Şevçenko: "Ermənistandakı hərbi çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb"

Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlı konfrans davam edir.
APA-nın məlumatına görə, konfransda çıxış edən Rusiyadan hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Azərbaycan və Rusiya münasibətləri heç vaxt üçüncü ölkənin əleyhinə yönəlməyib.

Ekspert bildirib ki, bu regionda qarışıqlığın olmaması üçün ABŞ-ı, NATO-nu burada görmək istəmirlər: "Rusiya Azərbaycanla hərbi əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Azərbaycan Rusiyanın ən iri silah alıcılarından biridir. Rusiya maraqlıdır ki, Ermənistan və Azərbaycan arasında sülh olsun, regionda xalqlar sülh içində yaşasın. Təbii ki, işğal altındakı rayonların Azərbaycana qaytarılması vacibdir. Bu, iqtisadi əməkdaşlığa təkan verəcək".
Rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko konfransın yeniliyə yol açdığını vurğulayıb: "Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını bizdən ayırırlar. Müasir dövrdə millətlər arasında mədəni qarşıdurma müharibənin bir vasitəsidir. Ermənistanda hərbi çevriliş baş verib və bu çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb".
M. Şevçenko Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin yenidən hakimiyyətə qayıtması ehtimalına toxunub və bunu Rusiya və Azərbaycan üçün ciddi təhlükə kimi qiymətləndirib: "Rusiyada Azərbaycan mədəniyyətini təbliğ etmək lazımdır. Nizami Gəncəvi, Azərbaycan incəsənəti haqqında təbliğat aparılmalıdır".
Azərbaycan Milli Məclisinin deputatı, Dağlıq Qarabağın Azərbaycan İcması İdarə heyətinin üzvü Elman Məmmədov çıxışında özünün Dağlıq Qarabağdan olduğunu, soyqırım törədilən Xocalı qəsəbəsinin o vaxtkı icra başçısı olmasını xatırladıb: "Mən o soyqırıma məruz qalan insanların nümayəndəsiyəm. Biz işğala, soyqırıma məruz qalmışıq. Azərbaycanlılar sülh tərəfdarıdır. Amma bizim Rusiyadan da gözləntilərimiz var. Məsələn, gizli deyil ki, Cənubi Qafqazda bu gün də Rusiyanın təsiri güclüdür. İndi Ermənistanın faktiki işğalçılıq siyasətinə qarşı da biz Rusiyadan ədalətli mövqe gözləyirik. Biz demirik ki Rusiya birmənalı bizi müdafiə etsin. Biz deyirik ki, Rusiya mehriban qonşu və ATƏT Minsk Qrupunun üzvü kimi ədalətin yanında olsun".
Konfrans davam edir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info