İsti havada ürəyi qorumaq üçün 9 sadə məsləhət
Tarix: 02.07.2018 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


İnsanın orqanizmi üçün ən komfortlu temperatur 20-24 C sayılır. Temperatur artıqda və xüsusilə də yüksək rəgəmlərə çatdıqda bu insan sağlamlığı üçün ciddi risk faktoru sayılır.
İsti hava xüsusilə ürək-damar sistemi üçün ziyanlıdır. İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gələ bilər və bütün bunlar da ürək tutması, insult və infarktın riskini xeyli artırır. Kim risk qrupuna daxildir? Yaşı 50-dən yuxarı olan insanlar, siqaret çəkənlər, artıq çəki və piylənmədən əziyyət çəkənlər, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlar. Bu qrup insanlarda isti havada ürək problemlərinin riski daha yüksəkdir.
Ürəyi istidən qorumaq üçün nə etmək lazımdır? Saglamolun.az sizə kardioloqların ümumi tövsiyələrini təqdim edir.
1. İsti havada fiziki iş məhdudlaşdırılmalıdır. Ağır qaldırmayın, istidə çox gəzməyin.
2. İsti, havasız yerlərdən (məsələn, metro və s.) uzaq olun.
3. İsti havada soyuq suya (dəniz, duş) girməyin, soyuq su içməyin. Bu ürək tutmasına və hətta infarkta səbəb ola bilər.
4. Çölə çıxanda papaq (yaylıq, panama) taxın və ya çətir götürün. Həmçinin gün eynəklərdən də istifadə edin.
5. Müalicə həkiminiz buna icazə verirsə, içdiyiniz mayenin miqdarını artırır. Limon şirəsi əlavə olunmuş süfrə mineral sularına üstünlük verin. Belə su orqanizmin normal su-duz balansını bərpa etməyə kömək edir, C vitamini lə damarların sağlamlığı üçün faydalıdır.
6. Ağır, yağlı, qızardılmış qidaları yeməyin. Daha çox meyvə-tərəvəz, yağı az olan süd məhsullarına üstünlük verin. Qidalanmanızda kalium və maqneziumla (ərik qurusu, kişmiş, banan və s.) zəngin olan məhsulların miqdarını artırır. Kalium və maqnezium ürəyin normal fəaliyyətini təmin edir, ürək tutmasının riskini azaldır.
7. Günorta saatlarında yatın və ya uzanın. Bu ürək-damar sisteminə düşən gərginliyi azaltmağa kömək edir.
8. Həkim sizə təyin etdiyi dərmanları vaxtında qəbul edin.
9. Ürək xəstəlikləri olan insanlar çölə çıxanda özü ilə nitrogliserin (həb və ya sprey şəklində) götürməlidir.
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“At qripi“, “atların rinopnevmaniyası“ xüsusi təhlükəli xəstəliklər siyahısına daxil edildi
22.09.2018
Çinar yarpağı və zanbaq yağı yanıq yaraları zamanı faydalıdır
21.09.2018
İmmuniteti gücləndirən qidalar
21.09.2018
Yunanıstanda “Qərbi Nil“ qızdırması yayılıb
18.09.2018
Püstə yeyin ki, stresdən uzaq olasınız

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info