“Marş : İrəli” başladı
Tarix: 02.07.2018 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi və Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir.
Ağdam rayonunda keçirilən layihənin açılış mərasiminə “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və “İrəli” İB işçi heyəti, layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq Meydanını ziyarət etməklə başlayıblar. Daha sonra Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlığa baş çəkiblər.
Ağdam şəhərində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan edilib və andiçmə mərasimi baş tutub.
“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək bildirib:“Azərbaycan ordusu günü gündən güclənir. Buna səbəb Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü güclü siyasətdir. Son zamanlar müasir texnikalarla silahlanan ordumuz, bilik və bacarığını artıran komandir heyəti onu sübut edir ki, güclü ordumuz var. Aprel döyüşlərini qeyd edək. Bu döyüşlərdə Azərbaycanın qüdrətli ordusu Lələtəpə yüksəkliyini azad etdi. Bu Təpə strateji cəhətdən çox vacib mövqe olduğundan üstünlük keçdi ordumuz tərəfə. Elə bu yaxınlarda Şərurun Günnüt kəndi də düşməndən azad olundu. Ermeniler artıq bizim gücümüzü daha yaxşı hiss edirlər. Onlar Azərbaycan ordusundan qorxur. Azərbaycan Silahlı qüvvələrinin 100 illiyinə həsr olunan möhtəşəm paradda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidentimiz Cənab İlham Əliyev qeyd etdi ki, hazırda ermənilərin qazdığı səngərdə Azərbaycan Əsgərləri var. Bu da o deməkdir ki, Azərbaycan işğal olunan torpaqları azad edir və hazırda ordumuzun Laçın yoluna nəzarəti bunun bariz nümunəsidir”.
Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib.
Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.
“MARŞ : İRƏLİ” - ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir.
Qeyd edək ki, layihədə gender bərabərliyi qorunmaqla 18-25 yaş aralığında 100-dən artıq gənc iştirak hüququ qazanıb. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlarda, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcəklər.
Vətənə xidmət yalnız səngərdə xidmət etməkdən ibarət deyil. Məhz bu səbəbdən ali təhsil müəssisələrinin ilkin pillələrində təhsil alan gənclərin, o cümlədən, xanım iştirakçıların da layihədə iştirakı prioritet olaraq götürülüb. Bu gün ölkəsini beynəlxalq arenada təmsil edən, ölkə maraqlarını qoruya bilən, təhsilini uğurla başa vurub ölkənin potensial insan kapitalına çevrilən hər bir şəxs cinsiyyətindən asılı olmayaraq vətəninə sədaqətlə xidmət etmiş hesab olunur. Məhz bu timsalda olan gənclərin hərtərərfli formalaşması və xidmətə hazırlanması da layihənin hədəf məqsədlərindən biridir.
“Marş : İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info