“Fuji” humanitar missiyasının mütəxəssisləri Azərbaycandadır
Tarix: 02.07.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Tanınmış yaponiyalı alim Akio Kanainin başçılığı ilə “Fuji” humanitar missiyasının altı nəfər optometrist mütəxəssisindən ibarət nümayəndə heyəti Azərbaycandadır.
Səfər çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarının (BMT QAK) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso nümayəndə heyəti ilə görüşüb.
Bu, “Fuji” humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəridir. Missiya iyulun 11-dək davam edəcək.
BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edir. Bu il qeyd olunan humanitar fəaliyyət iyulun 3-5-də Gəncədə, 6-7-də Şəmkirdə, 9-da isə Bakıda keçiriləcək. Missiyanın sonunda heyət rəhbərlərinin hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Yaponiyanın “Fuji” humanitar missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon dollaradək vəsait xərcləyib. 54 minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il 6 gün ərzində görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması zamanı istifadə üçün “Fuji” humanitar missiyası BMT QAK-a 4 min eynək, eyni zamanda, görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə edib və 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanları müayinə etməyi hədəfə alıb.
Tailandda hind-çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək “Fuji” humanitar missiyası Asiyanın, Avropanın və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan insanlar üçün 160 min eynək ianə edib, Azərbaycan da daxil olmaqla bu ölkələrdən dördündə BMT QAK-ın xətti ilə görmə qabiliyyətinin müayinəsi missiyalarını həyata keçirib.
Yaponiyanın “Fuji” humanitar missiyasının görmə qabiliyyətinin müayinəsi üzrə yardım missiyası çərçivəsində humanitar təşəbbüsləri BMT QAK və Azərbaycan hökuməti, həmçinin benefisiarlar tərəfindən daim yüksək qiymətləndirilib. Bu səylər Azərbaycanın üzləşdiyi didərginlik probleminə və BMT QAK-ın işinə anlayış və rəğbət nümayiş etdirir. Azərbaycan hökumətinin də tövsiyə dəstəyi ilə doktor Akio Kanai 2006-cı ildə Nansen Qaçqın Mükafatına layiq görülüb və o, həmin mükafatdan əldə etdiyi vəsaiti Beyləqan rayonunda məcburi köçkün icması üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə sərf edib.
BMT QAK milli hökumət qurumları ilə əməkdaşlıq şəraitində dünyada olan qaçqınların və məcburi köçkünlərin himayəsi və rifahı üçün beynəlxalq müdaxilələrin idarə edilməsi və əlaqələndirilməsi vəzifəsini daşıyır. Təşkilat məlumatlılığın artırılmasına və didərginlik problemləri həllini tapana qədər Azərbaycandakı didərgin insanlara dəstək göstərilməsi üçün bütün təşəbbüslərə şərait yaratmağı qarşısına məqsəd qoyub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info