Azərbaycan BMT-nin qlobal layihəsinin həyata keçirilməsinə öz töhfəsini verəcək
Tarix: 03.07.2018 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Əli Əhmədov: “Ölkəmizdə bu istiqamətdə 8 dövlət proqramı, 31 strategiya, 25-dən çox normativ hüquqi akt araşdırılıb və prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb”

Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminar işə başlayıb. Tədbiri açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı öhdəlikləri layiqincə yerinə yetirir. Bununla əlaqədar ölkəmizdə Əlaqələndirmə Şurası yaradılıb və bu Şura müvafiq hökumət qurumlarının səylərini əlaqələndirir. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirmə işləri aparılıb. Azərbaycan ictimaiyyəti artıq Dayanıqlı İnkişaf Məqsədlərinə dair hədəflər barədə məlumatlıdır. Qısa müddət ərzində ölkəmizdə bu istiqamətdə 8 dövlət proqramı, 31 strategiya, 25-dən çox normativ hüquqi akt araşdırılıb və prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb. Azərbaycan prioritet olaraq 17 məqsədi, 107 hədəfi və 150 göstəricini özü üçün seçib. Hökumətimizin apardığı fəaliyyət nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq və Azərbaycan BMT-nin bu qlobal layihəsinin həyata keçirilməsinə öz töhfəsini verəcək. İnanıram ki, 2030-cu ildə dünya daha ədalətli, insanların hazırda qarşılaşdıqları problemlərin həllini tapacağı bir dünya olacaq. BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai seminarın təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan regionda BMT-nin MAPS Missiyasını (Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək) qəbul edən ilk dövlətdir. 2030-cu ilə qədər olan gündəlik BMT-yə daxil olan dövlətlər tərəfindən qəbul edilib. Gündəliyə daxil prioritetlər planetimizdə sülh və tərəfdaşlığın inkişafına öz töhfəsini verəcək. Bu işdə də hökumətlər və vətəndaş cəmiyyətləri birgə işləməlidirlər. O qeyd edib ki, tədbiri keçirməkdə əsas məqsəd qarşıda duran bir sıra məqsəd və addımların qiymətləndirilməsidir: "Bu məqsədlərin uyğunluğundan irəli gələrək Azərbaycan hökuməti onları prioritetləşdirməlidir. Bu məqsədlər çərçivəsində 130-a yaxın hədəf var. Ancaq bu hədəf və məqsədlərin hamısının Azərbaycan hökumətinə münasib olduğunu demək olmaz. Məqsədimiz Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi və digər nazirliklərlə bu məqsədlərin prioritetləşdirilməsinə dair fikir mübadiləsi aparaq Azərbaycan hökumətinə müvafiq büdcə vəsaitlərinin, resursların ayrılmasında yardım etməkdir". İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, bu ilin sonuna qədər Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı atılacaq addımlar müəyyənləşdirilib". S. Həsənova deyib ki, bu ay işçi qrupları hədəflər üzrə işləyəcək, beynəlxalq təcrübə ilə tanış olacaq: "Bu ilin sentyabr ayında isə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycanın hədəflərini təsdiq edəcək. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycanda dayanıqlı inkişafla bağlı 2019-cu ildə BMT-yə yeni hesabat təqdim edəcək". Tədbir plenar iclaslarla davam edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info