“Beynəlxalq simpoziumun keçirilməsi türk dünyası üçün böyük hadisədir”
Tarix: 03.07.2018 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” mövzusunda dördüncü beynəlxalq simpozium işini başa çatdırıb. ADPU-dan bildirilib ki, simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış və nüfuzlu alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məsul şəxsləri, Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər Birliyinin, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisələrin təmsilçiləri iştirak ediblər. Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” dördüncü beynəlxalq simpoziumu bu sərəncama uyğun keçirilən tədbirdir. Türk Tarix Qurumunun rəhbəri Refik Turan, Adnan Menderes Universitetinin professoru Asuman Seda Saracaloğlu, Biruni Universitetinin Təhsil fakültəsinin dekanı, professor Adnan Ömerustaoğlu, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər çıxış edərək beynəlxalq simpoziumun keçirilməsini türk dünyası üçün böyük hadisə kimi qiymətləndiriblər. Rektor Cəfər Cəfərov yekun çıxışında bildirib ki, böyük elm və təhsil məbədi olan ADPU ölkəmizdə ilk anadilli ali təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi müddət ərzində 150 mindən çox pedaqoji kadr hazırlayıb. AMEA-nın on prezidentinin üçü - Yusif Məmmədəliyev, Həsən Abdullayev, Zahid Xəlilov, iki vitse-prezidenti – Heydər Hüseynov və Səməd Vurğun ADPU-nun məzunlarıdırlar. Tədbir konsert proqramı ilə davam edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info