Qafqaz Universitetində 16-cı məzun gecəsi keçirilib
Tarix: 14.06.2013 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti 20 illik fəaliyyəti dövründə 16-cı buraxılışını qeyd edib. Bu gün universitetdə 2013-cü il məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsi keçirilib. Məlumat üçün bildirək ki, 1993-cü ildə fəaliyyətə başlayan universitet bu il Mühəndislik fakültəsindən 65, İqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsindən 170 və magistratura pilləsindən isə 160 tələbə olmaqla 550 tələbəsini məzun edib. Qafqaz Universitetinin tələbələri 2012/2013-ci tədris ilində bir çox nailiyyətlərə imza atmışlar.
Belə ki, 18 noyabr 2012-ci il tarixində Qafqaz Universitetində təşkil olunmuş “Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM Beynәlxalq müsabiqәsi”nin dörddəbir final mərhələsində Azәrbaycan bölgәsi üzrә komanda müsabiqəsində I yer-Azərbaycan Çempionu, II yer və 2 III yer; 2-5 dekabr 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində təşkil olunmuş “Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM Beynәlxalq müsabiqәsi”nin yarımfinal mərhələsi, Cənubi Qafqaz açıq birinciliyi komanda müsabiqəsində 2 III dərəcəli diplom, fərdi müsabiqədə II dərəcəli və III dərəcəli diplom; 28 aprel 2013-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş» «Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadası»nda komanda müsabiqəsində I yer, 2 II yer və III yerə layiq görülüblər.
Eyni zamanda Azərbaycanın 13 ali məktəbi arasında Bakıda keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında (Enactus) iştirak edən Qafqaz Universitetinin komandası Azərbaycan çempionu olub və sentyabr ayında Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı il’ “Univision” - tələbələrin II mahnı müsabiqəsinin final mərhələsində Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə 1-ci yer tutub. Qafqaz Universitetində keçirilən “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsində çıxış edən rektor Ahmet Saniç bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. Ahmet Saniç çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duyduğunu dilə gətirdi.
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnət Abdullayev Azərbaycan Beynəlxalq Təhsil Şurasının sədri dr. Enver Özeren, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışlarında Qafqaz Universitetindən məzun olmuş mütəxəssislər haqqında müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiklərini söyləyərək builki məzunlara da belə olmalarını arzuladılar. Ənənəvi olaraq Qafqaz Universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə, fakültə və universitet birincisinə isə xatirə plaketi verildi. Eyni zamanda 2012-2013 tədris ilində beynəlxalq və respublika olimpiadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verildi. Sonra tədbir bədii hissə ilə davam etdirildi.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info