Qədim Azərbaycan yeməyi – çoban basdırması
Tarix: 03.07.2018 | Saat: 13:57:00 | E-mail | Çapa göndər



Azərbaycan milli mətbəxinin qədim yeməklərindən biri çoban basdırmasıdır. Ölkəmizdə əsasən heyvandarlıqla məşğul olan əhalinin bişirdiyi çoban basdırması qədim zamanlardan Qarabağ camaatının, xüsusən də tərəkəmələrin ən çox sevdikləri yeməklərdəndir.

Beyləqan rayonunun Təzəkənd kənd sakini Tofiq Vəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, çoban basdırması daha çox köç Qarabağ dağlarına yaylağa gedərkən bişirilərdi. “Dədə-babadan qoyunçuluqla məşğul olmuşuq. Hər il yay fəslini gözəl yaylaqlarda keçirər, havalar soyuyanda isə Beyləqana qayıdardıq. İndi isə yaylaqlarımız işğal altında olduğu üçün o yerlərə gedə bilmirik. Qədimdən qalan adət-ənənələrimizi qoruyub saxlayırıq. Çoban basdırması isə biz tərəkəmələrin ən sevimli, ləziz yeməklərindən biri olaraq qalır”.
Talıbxanlı kənd sakini Elxan Əliyev isə çoban basdırmasının bişirilmə qaydasından danışarkən deyib: “Çoban basdırması ay yarımlıq, iki aylıq kök quzudan bişirilir. Qarabağı, bozkərə sort qoyunların quzularından bişirilən çoban basdırması daha ləzzətli olur. Quzu kəsildikdən sonra dərisi bütöv çıxarılır. Dərinin ayaq və boyun hissələri möhkəm bağlanır. Əti və quyruğu doğranılır, əlavə olaraq kəkotu, duz, istiot, alça və sair vurulub dəriyə doldurulur, dəri bağlanır. Torpaqda çala qazılır. Çalada ocaq qalanır. Ətlə doldurulmuş dəri köz düşmüş çalaya qoyulur, üstü közlə örtülüb torpaqlanır, üzərində ocaq qalanır. 3-4 saatdan sonra yemək hazır olur. Çoban basdırması çox ləzzətli, dadlı olur”.
Qeyd edək ki, çoban basdırması bəzən qoyun dərisində deyil, qursağında (mədəsi) bişirilir. Bunun üçün mədə axar suda yuyulub təmizlənir, içərisinə içlik (doğranmış ət və s.) doldurulub çalaya basdırılır, yaxud təndirdə hazırlanır.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Göbələk supu
11.07.2019
Pendirlə kartof kotletləri
05.07.2019
İçi göbələklə doldurulmuş toyuq
04.07.2019
Tənbəl kələm dolması
02.07.2019
Evdə pizza hazırlamağın sadə üsulu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info