Əlimərdan bəy Topçubaşovun məqalələr toplusunun təqdimatı olub
Tarix: 03.07.2018 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun məqalələr toplusunun təqdimat mərasimi keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə bağlı Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. O, Sərəncama əsasən, Şərqdə ilk parlamentli respublikanın – AXC-nin yaradılmasının 100 illik yubileyi ilə bağlı AMEA-da təşkil edilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Əlimərdan bəy Topçubaşovun məqalələr toplusunun təqdimatı da belə tədbirlərdən biridir. İ.Həbibbəyli bildirib ki, təqdim olunan məqalələr toplusunu Azərbaycanın Macarıstandakı səfiri, filologiya üzrə fəlsəfə doktoru Vilayət Quliyev doğma dilimizə tərcümə edib və müqəddimə yazıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli səfir V.Quliyevi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün fədakar tədqiqatçısı adlandırıb. O, Ədəbiyyat İnstitutunun yetirməsi olan V.Quliyevin Cümhuriyyətlə bağlı araşdırmalarının elmi faktlarla zəngin olduğunu söyləyib.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə V.Quliyevin arxiv materiallarını sistemli şəkildə oxuculara çatdırdığını qeyd edib. Akademik bildirib ki, V.Quliyev tədqiqatlarında həmişə nəzəriyyə ilə arxiv materiallarını vəhdətdə verə bilib.
Professor Tehran Əlişanoğlu və digər çıxış edənlər V.Quliyevin sözün düzünü deyən tənqidçi olmasından, eləcə də diplomatik fəaliyyətindən danışıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info