Çexiyada yüksək vəzifəli məmurlar kütləvi şəkildə həbs olunublar
Tarix: 14.06.2013 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Çexiyada, yerli KİV-in məlumatına əsasən, hökumət binasında baş nazir Pyotr Neçasın dəftərxana direktoru da saxlanılıb.
47 yaşlı Yana Nağıyeva isə onun ən yaxın silahdaşlarından biridir. Yerli KİV hökumət başçısının xanımıyla bu yaxınlardakı boşanmasında məhz onun adını hallandırır.
Bundan başqa, hüquq-mühafizə orqanları bir sıra yüksək vəzifəli məmurları tutmuş və Nazirlər Kabinetində axtarışlar aparıblar. Axtarışlar gecə keçirilmiş reydlər zamanı aparılıb. Bu informasiyanı təşkil olunmuş cinayətlərlə mübarizə üzrə polis bölməsinin mətbuat xidməti yayıb.
Bəzi məlumatlara görə, həmçinin Vətəndaş-Demokrat Partiyasının nümayəndələri, partiyanın parlament fraksiyasının sabiq sədri Pyotr Tluxorj, əvvəlki kənd təsərrüfatı naziri İvan Fuks, VDP-nin üzvü, sabiq deputat Mark Şnaydr da nəzarət altına alınıblar. Onlar hamısı Pyotr Neçası fəal şəkildə dəstəkləyirdilər.
Operativ tədbirlər Çexiyanın bir sıra federal idarələrində, o cümlədən ölkənin Müdafiə Nazirliyində də görülüb. Axtarışlar təşkil olunmuş cinayətlərlə mübarizə üzrə polis bölməsinin 400 əməkdaşı tərəfindən aparılıb.
Kütləvi həbslə əlaqədar olaraq Çexiya prezidenti Miloş Zeman iyunun 14-də fövqəladə iclas çağırıb. İclasa baş nazir P.Neças, polis rəhbəri Martin Çerviçka və iri müxalifət partiyası olan Çex Sosial-Demokrat Partiyasının lideri Boquslav Sobotka da dəvət olunublar.
Xatırladaq ki, Çexiya KİV-i müntəzəm olaraq, görülən siyasətlə bağlı yeni korrupsiya qalmaqalları haqqında da xəbər verir. “Transparency İnternational”ın Çexiya şöbəsinin direktoru David Ondraçka daha əvvəl bildirmişdi ki, Çexiyada rüşvət olmadan heç nəyə nail olmaq mümkün deyil.
“Bir qayda olaraq, vətəndaşlarla problemlər dövlət idarələrində yaranır. Rüşvət tibb sahəsində də var. Rüşvət olmadan pasiyent uzun müddət növbələrdə gözləməli olur”-deyə D.Ondraçka bildirib. Onun fikrincə, dövlət sistemində hər şey əlaqələrlə, korrupsiya və tanışlıqla həll olunur.
“Transparency İnternational”ın dəyərləndirmələrinə görə, Çexiyada, demək olar ki, hər dövlət sifarişinin 5-cisi qanundankənar rəsmiləşdirilir. İqtisadiyyat üzrə zərər ildə 3,5 milyard avro dəyərləndirilir. Çexiya hüquq-mühafizə orqanlarının bugünkü hərəkətlərinin səbəbi nədir, hələ məlum deyil.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info