Bolqarıstanın Burqas şəhərində Azərbaycan mədəniyyəti təqdim olunub
Tarix: 04.07.2018 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Bolqarıstanın Burqas şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı foto-sərgi təşkil olunub və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş etdirilib.
Tədbirin açılışında Mədəniyyət Mərkəzinin rəhbəri L. Kutieva çıxış edərək Azərbaycan mədəniyyəti gecəsinə məhz rəhbərlik etdiyi qurumun ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək səfirliyə təşəkkürünü bildirib. Burqas şəhər merinin müavini Y. Ananieva Burqasda Azərbaycan mədəniyyəti gecəsinin təşkilini şəhərin mədəni təqvimində mühüm hadisə olduğunu, mədəni körpülərin çox güclü olduğunu və məhz bu amilin iki xalq arasında münasibətlərin daha gücləndirilməsinə imkan yaradacağına əminliyini bildirib.
Gecədə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri N. Qurbanova cari ilin müsəlman və türk dünyasında ilk demokratik respublika - AXC-nin 100 illik yubileyi ilə əlaqədar olduğunu söyləyib. Səfir bu əlamətdar yubileyin qeyd edilməsi üçün Bolqarıstanın müxtəlif şəhərlərində silsilə tədbirlərin keçirildiyi barədə məlumat verib.
Daha sonra “Əli və Nino” filmi barədə danışan N. Qurbanova 120 yaşlı Azərbaycan kinematoqrafiyasının parlaq nümunələrindən olan bu filmin Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı olduğunu qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info