“Azərbaycanda yəhudilərin həyat tərzi” kitabının təqdimatı olub
Tarix: 04.07.2018 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


İyulun 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevin “Jewish life in Azerbaijan” (“Azərbaycanda yəhudilərin həyat tərzi”) adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov kitab haqqında məlumat verib. Bildirilib ki, kitabda Azərbaycanda yaşayan yəhudilərin adət-ənənələri, mədəniyyətləri, həyat tərzləri, eləcə də Azərbaycan-İsrail münasibətləri haqqında məqalələr yer alıb.
Kitab ABŞ-ın ən böyük yəhudi qəzetlərindən biri olan və Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində Milix Yevdayevin dərc edilmiş məqalələrinin toplusundan ibarətdir.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycandakı multikultural mühit beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Azərbaycanın tolerantlığı bir nümunəyə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın mövcud multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. Qeyd edib ki, bu nəşrdə də milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin ölkəmizdə dinc, yanaşı və sülh şəraitində yaşadığı bildirilir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və digərləri çıxış edərək yeni nəşrin önəmindən danışıblar. Qeyd olunub ki, kitabda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi xalqımızın başına gətirilən dəhşətli faciələr haqqında ətraflı məlumat verilir.
Daha sonra kitabın müəllifi Milix Yevdayev çıxış edərək bildirib ki, Azərbaycandakı bütün xalqların nümayəndələri özlərini yaşadıqları ölkənin layiqli vətəndaşları hesab edirlər. Çünki Azərbaycanda bunun üçün kifayət qədər yaxşı şərait, xoş münasibət var. O, kitabında da bu məsələlərin xüsusi qeyd olunduğunu deyib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info