İranla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Tarix: 04.07.2018 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə arasında görüş olub. Ölkəmizdə aparılan siyasətin sosialyönümlü olduğunu vurğulayan S.Babayev Prezidentin sosial inkişaf kursunun nailiyyətlərini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılması, məşğulluğun təminatı istiqamətlərində əldə olunan irəliləyişləri diqqətə çatdırıb. Nazir aztəminatlı ailələrin özünüməşğulluq və kiçik sahibkarlıq imkanlarına yiyələnmələrinə şərait yaradılması, inklüziv əmək bazarının inkişaf etdirilməsi, əmək və sosial müdafiə sisteminin müasir və səmərəli iş mexanizmləri üzərində qurulması və şəffaflaşdırılması istiqamətlərində ölkəmizdə aparılan işlər barədə məlumat verib. Azərbaycanla İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən S.Babayev 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını bildirib. Nazir iki ölkənin əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, müvafiq fəaliyyət sahələrində məlumat və təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətli olduğunu qeyd edib. Nazir İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycan və İran arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb. C.Cahangirzadə iki ölkənin dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişləndiyini vurğulayıb. Səfir əmək və sosial müdafiə sahələrində bu əlaqələrin, təcrübə mübadilələrinin genişlənməsinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb. O, bu sahədə səfirlik tərəfindən məqsədyönlü işlərin görüləcəyini bildirib. Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info