Azərbaycan, Latviya və Gürcüstanın işgüzar xanımları arasında görüş olub
Tarix: 04.07.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Latviya Sahibkar Qadınlar Assosiasiyası və Gürcüstan Sahibkar Qadınlar Birliyi arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. Beləki, Gürcüstanın Tbilisi şəhərində “Gürcüstan-Latviya-Azərbaycan Sahibkar Qadınlar Təşkilatlarının Beynəlxalq Əməkdaşlıq Forumu” çərçivəsində işgüzar görüş keçirilib. Tədbirdə hər üç ölkədə fəaliyyət göstərən sahibkar xanımlar iştirak edib. 26 iyun tarixində baş tutan forumda hər üç ölkənin işgüzar xanımları arasında mövcud və potensial əməkdaşlıqlar müzakirə olunub, gələcək əməkdaşlıqlar istiqamətində danışıqlar aparılıb.
Forumun sonunda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının icraçı direktoru Nigar Ələsgərova, Gürcüstan Sahibkar Qadınlar Birliyinin prezidenti Mziya Kereselidze, Latviya Sahibkar Qadınlar Assosiasiyasının sədri Janna Kulakovanın iştirakı ilə əməkdaşlıq memorandumu imzalanıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası 26.10.2017-ci ildə ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis olunub, 22.12.2017-ci ildə dövlət qeydiyyatına alınıb. AQSİA-nın əsas məqsədi qadınlar arasında sahibkarlığın inkişafına kömək etməkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info