ADTGT erkən nikahlarla bağlı növbəti tədbirini Qobustanda keçirib
Tarix: 04.07.2018 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında erkən nikahlara dair monitorinq və sorğunun keçirilməsi, geniş ictimaiyyətin iştirakı ilə sosial aksiyaların təşkili, sosial çarxların hazırlanması və ictimai yayımının həyata keçirilməsi” layihəsinin icrasına başlamışdır. Maarifləndirmə, sosial aksiya, sosial reklam və PR fəaliyyətləri ilə həyata keçiriləcək layihə Beyləqan, Masallı, Şabran və Qobustan rayonlarını əhatə edir.

4 (dörd) ay davam edəcək fəaliyyətlərə ilk olaraq regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid sosioloji sorğuların və monitorinqin aparılması, bölgələrdə aidiyyətli yerli hakimiyyət strukturları təmsilçilərinin, təhsil, səhiyyə, gənclər, ədliyyə, hüquq-mühafizə orqanları və fəal gənclər ictimaiyyəti nümayəndələrinin, ailə, ağsaqqal, din institutu üzvlərinin, KİV və ictimai fəalların iştirakı ilə məlumatlandırıcı, təbliğati seminarın təşkili, sosial şəbəkələrdə, KİV və sosial mediada PR kampaniyalarının aparılması və virtual ictimai debatların təşkili daxildir. Layihə çərçivəsində zəngin bilgi və hüquqi informasiyaların əks olacağı “Erkən nikahlar: maarifləndirmə və ictimai qınaq” adlı kitabçanın nəşri və yayıımı və 2 formatda sosial çarxların çəkilməsi da həyata keçiriləcəkdir.

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

Növbəti regional maarifləndirici seminar 30-a yaxın rayon ictimaiyyətinin, fəal gənclərin və aidiyyətli qurumların təmsilçilərinin iştirakı ilə Qobustan rayonunda keçirilmişdir. Seminarın açılışında Qobustan rayon İcra Hakimiyyətinin, rayon İH yetkinlik yaşına çatmayan şəxslərlə iş üzrə komissiyanın məsul əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov və ADTGT sədri Asif Əsgərli iştirak edirdilər. Seminarda A. Əsgərli və PR xidməti məsulu G. Bağırova tərəfindən layihənin məqsədi, fəaliyyət istiqaməti və region gənclərinə yönələcək maarifləndirici təsiri və bu işin davamlılığı qeyd olundu və tədbirdə iştirak edən təhsil, səhiyyə və digər strukturların əməkdaşları da öz fikir və rəylərini bildirdilər.
Seminar tədbir iştirakçılarının interaktiv müzakirələri də aparıldı və sonda iştirakçılara çap olunan kitabça və digər materiallar təqdim olundu.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info