“Meydan” TV-nin ianə yalvarışları davam edir
Tarix: 04.07.2018 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Qurban Məmmədov isə maliyyə çatışmazlığından TV layihəsini dondurdu


Azərbaycanda müxalifətin daim xaricdən “qidalanması” barədə sübutlar, dəlillər olub, bu haqda mətbuat da dəfələrlə yazıb. Son bir ildə isə müxalifətlə yanaşı, xaricdə formalaşan mühacir qruplar, 5-ci kolon da bu qrantların bir ucundan tutmağa başlayıb.
Bu isə, təbii ki, ənənəvi müxalifətin qəzəbinə səbəb olub. Ona görə də bu düşərgədə sular durulmur. Ötən saylarımızda “Meydan” TV-nin rəhbəri olan Emin Millinin qrant uğrunda mübarizənin əsas fiqurlarından olması barədə yazmışdıq, radikal müxalifət nümayəndələri və onların media uzantıları ilə bərabər, sadə insanlara üz tutaraq pul istəmələrini bildirmişdik. Emin Millinin və onun “Meydan” TV layihəsinin durumunun nə dərəcədə ağır olmasını təsəvvür etmək üçün bu adamın sosial şəbəkələr üzərindən etdiyi paylaşımları izləmək kifayət edər. Daim antiazərbaycan qüvvələr tərəfindən dəstək alan bu layihə, görünür, artıq bağlanmaq üzrədir. Ya da ki, daim yağ-bal içində yaşamağı öyrənən Emin Milli indi kimlərinsə pul kisəsinin ağzının bağlanmasından çox narahat olub. O, üç gün öncə “Facebook”dakı profilində yenidən pul yardımı ilə bağlı müraciət edərək insanların, guya, ona ianə toplamağa başladığını qeyd edib. Əla gedişdir... Təsəvvür edin ki, bu köhnə metodlardan yararlanaraq, insanlarda inam yaradıb, onlardan pul qoparmağa alışan fırıldaqçıların gedişini Emin Milli də edir. Yəni baxın, ay camaat artıq bizə yardım edirlər, siz də inanın, ianələr toplayın. Əks təqdirdə, kim inanar ki, həqiqətən də, Emin Millinin pula ehtiyacı var və ona yardım edənlər tapılıb... Statusunu “Sən nə edə bilərsən?” sualı ilə başlayan Emin Milli qeyd edib ki, guya, son iki gündə daha iki nəfər izləyici “Meydan” TV-yə aylıq ianə göndərib. Daha sonra o, aylıq ianənin məbləğini bu formada qeyd edib: Aylıq 20 Avro - illik 240 Avro. Aylıq 10 USD - illik 120 USD. Sonda isə acizanə şəkildə qeyd edir ki, ianələri sayta daxil olaraq ödəmək olar.
Nə baş verir? Ötən yazılarımızda da qeyd etmişdik ki, seçkidən seçkiyə aktivləşən “mövsümi müxalifət” bu dövr ərzində xaricdən nə qopardısa, onu özünə qənimət sayıb. Hətta Əli Kərimli belə, bir dəfə ağzından öz əməllərini ifşa edən bir fikir buraxmışdı ki, onsuz da “milli şura”nın keçirdiyi mitinqlər hakimiyyət dəyişikliyi üçün deyil. Yaxşı, radikal mübarizə üsulunu seçib, insanları meydanlara dəvət edən adam o meydanlarda konsertmi verəcəkdi? Deməli, bizim də dəfələrlə qeyd etdiyimiz kimi, bütün bu şoular, seçkiyə qatılmaq əvəzinə, meydana çıxıb boş-boş ittihamlar, əsassız iftiralar atmaq bir məqsədə xidmət edirdi ki, bu da xaricdən maliyyə almaq idi. İndi də seçki bitib, nə ənənəvi müxalifətin mübarizə üsulu antiazərbaycan qüvvələri qane edib, nə də bu blogerlərin, xaricdə yaşayan mühacirlərin, söyüşcül qrupların, internet tv-lər açanların... Yeri gəlmişkən, bir neçə gün öncə ianə üçün yalvarışlar edən Qurban Məmmədov da artıq öz TV debatlarını dayandırdığını, öz TV layihəsini pulsuzluqdan ləğv etdiyini bəyan etdi.
Sonda bir xatırlatmanı da edək ki, hələ bir neçə ay öncə Helsinki Komissiyası tərəfindən keçirilən dinləmələrdə iştirak edən “Meydan” TV-nin rəhbəri Emin Milli buradakı çıxışında Əli Kərimli və radikal müxalifət haqqında müsbət şey söyləmədi. Hətta onların fəaliyyətini tənqid edib, meydandan çəkilmələrini bildirəndə radikallar, ənənəvi müxalifətin nümayəndələri bu çağırışı, belə yanaşmanı Emin Millinin qrantları təkbaşına yemək cəhdi kimi qiymətləndirirdilər. İndiki halda isə Emin Millinin ianə yalvarışları radikalların haqlı olmasını göstərdi...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info