Ekstremal vəziyyətlərdə dövlət və vətəndaş həmrəyliyi
Tarix: 05.07.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Belə bir məşhur kəlam var: “Qaranlığa lənət etməkdənsə, bir şam yandırın”. Deyəsən, Mingəçevirdəki İES-də baş verən hadisə bəzi “vətənpərvər”lər üçün vasitə oldu. Qaranlığa lənət yağdıran bu sifarişli “siyasətbazlar” daimi pusquda durur və əllərinə fürsət düşən kimi cəmiyyət arasında çaşqınlıq yaratmağa cəhd edirlər. Bu kimi hadisələrdən istifadə edib məsələyə siyasi don geyindirmək belələrinin adətidir. Onların imkanı olsaydı, hətta qaranlığı belə “siyasiləşdirərdilər”. Əslində, elə onların istəyi budur ki, ölkədə nə isə hadisə olsun və bundan istifadə edib öz “işıqları”nı yandırsınlar.
Dünyanın heç bir ölkəsi bu formada işıqların sönməsindən sığortalanmayıb. Məsələn, 2003-сü ildə ABŞ və Kanadada, 2012-ci ildə Hindistanda, 2013-cü ildə Avstraliyada, Polşada, 2015-ci ildə Pakistanda, Türkiyədə milyonlarla əhalinin yaşadığı ərazilərdə elektrik qəzası olub. Digər ölkələrdə də bu tip hadisələr baş verib və bundan da sonra kimsə deyə bilməz ki, olmayacaq. Belə qəzalar zamanı insanlar gözlənilməz şəkildə əzablar çəkiblər. Amma əsas odur ki, əhali vətəndaş həmrəyliyi nümayiş etdirib təhlükəli vəziyyətdə qalanlara köməklik ediblər.
Azərbaycanda da belə vəziyyətdə işıqların sönməsi 10-15 ildə bir dəfə olur. Əsas odur ki, bu gözlənilməz hadisədə dünyasını dəyişən yoxdur. Ən əsası isə vəziyyət Prezident səviyyəsində nəzarətdədir və problemin aradan qaldırılması üçün Xüsusi Dövlət Komissiyası yaradılıb. Bütün aidiyyəti qüvvələr səfərbər olunub və bu xoşagəlməz hadisə ilə bağlı tədbirlər görülərək enerji təminatı bərpa olunub.
Diqqətçəkən məqam aidiyyəti dövlət qurumlarının problemin aradan qaldırılması istiqamətində güc birliyi nümayiş etdirməsidir. İyulun 3-də qəfil elektrik kəsintisi zamanı metrodakı sərnişinlərin tuneldən çıxarılması üçün metro işçiləri və təcili yardımla yanaşı, polislərimiz də öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Həmçinin polis qüvvələri işıqforların yanında xidmət edərək yol hərəkətinin tənzimlənməsinə nəzarət etdilər. Hətta belə bir çətin durumda BNA əməkdaşları ilə yanaşı, bir sıra sadə insanlar da könüllü olaraq öz hesablarına pulsuz su paylayıblar. Ayrıca sərnişin sıxlığını azaltmaq üçün Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində Bakı Nəqliyyat Agentliyinə dəstək olaraq operativ işçi qüvvəsi yaradılıb. Məqsəd Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın sıxlığının nizamlanması məqsədilə sərnişinlərin rahat gediş-gəlişini təmin etməkdir. Bu prosesdə “BakuBus” MMC-yə məxsus nəqliyyat vasitələri də aktivlik göstərir. Belə bir vəziyyətdə sərnişinlərin ödənişsiz daşınması əhali tərəfindən müsbət qarşılanıb.
İşıq məsələsi bir daha göstərdi ki, istənilən vəziyyətdə dövlət və xalq birliyi öz möhkəmliyini saxlayır. Dövlətin aiddiyyəti qurumları, eləcə də əhali vətəndaş həmrəyliyi nümayiş etdirib yaranmış situasiyadan insan tələfatı olmadan çıxdılar.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info