Yeni Günəşli qəsəbəsində şahmat məktəbinin açılışı olub
Tarix: 05.07.2018 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


İyulun 5-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki “D” yaşayış sahəsində şahmat məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, şahmat məktəbi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib.
Ümumi sahəsi 963 kvadratmetr olan binada şahmatın tədrisi üçün sinif otaqları, yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter, həkim, inzibati otaqlar, mətbəx və s. var. Məktəbdə eyni vaxtda 70-80 nəfərin şahmatın sirlərinə yiyələnməsi üçün hər cür imkan yaradılıb. Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilib.
Şahmat məktəbinin binası müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri , kanalizasiya, elektrik, rabitə, internet xətləri ilə təchiz olunub. Ərazidə içməli və yanğına qarşı ehtiyat su anbarı, nasosxana da tikilib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info