AQTA nəzarət məntəqələrinin fəaliyyətini gücləndirir
Tarix: 05.07.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Heyvan mənşəli qida məhsullarının istehlakı qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Bu məqsədlə əhalinin sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun fəaliyyətinin təşkili vacib şərtlərdəndir.
Bununla əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müasir standartlara cavab verən qida təhlükəsizliyi nəzarəti məntəqələrinin formalaşdırılması istiqamətində işləri davam etdirir.
Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsindən “Palitra”ya bildirilib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə üzrə mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının bazasında monitorinqlər, maddi-texniki bazanın yaxşılaşdırılması və ixtisaslı kadrların cəlb edilməsi işləri həyata keçirilir. Həmin laboratoriyaların 31-i Bakı şəhərində, digərləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.
Aparılan ilkin monitorinqlər və təkmilləşdirmə işləri nəticəsində onlardan 39-nun fəaliyyəti hazırda qənaətbəxş hesab olunub və onların bazasında Qida təhlükəsizliyi nəzarəti məntəqələri yaradılıb. Həmin məntəqələrin bazasında qalan digər baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması, infrastruktur və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra həmin məntəqələr də tam gücü ilə fəaliyyətə başlayacaq.
Qeyd olunub ki, qida təhlükəsizliyi nəzarəti məntəqələrində kəsim üçün nəzərdə tutulan heyvanlara ilkin baxışdan başlayaraq bakterioloji müayinələrə qədər heyvanların kliniki baxışı, termometrik və orqanoleptik müayinəsi, habelə süd və süd məhsullarının, quşçuluq və arıçılıq məhsullarının müayinəsi aparılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info