Səbaildə əhali ilə səyyar görüşlər keçirilir
Tarix: 05.07.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Səbail rayonunun qəsəbə və yaşayış massivləri, ayrı-ayrı məhəllələrində hər həftə Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə görüşləri keçirilir.
Rayonun qədim Bibiheybət qəsəbəsində Səbail RİH başçısı, təsərrüfat və digər xidmət sahələrinin, qəsəbə bələdiyyəsinin, ictimaiyyət və qəsəbədə fəaliyyət göstərən iş adamlarının nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirilib. Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan böyük abadlıq quruculuq işləri, həyata keçirilən sosialyönümlü layihələr və həmçinin rayonda görülən işlər barədə məlumat verən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən problemlərlə bağlı verdikləri sualları ətraflı cavablandırıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Qəsəbə sahibkarlarının buradakı küçələrin işıqlandırılması işlərində yaxından iştirak etmələri ilə bağlı təklifləri müsbət qarşılanıb.
Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək ərazidə aparılan davamlı abadlıq-quruculuq işlərindən razılıq edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Müraciətlərdə qəsəbənin su və qazla təminatı, yaxınlıqdakı müəssisənin ətraf mühitə zərər vurması, məhəllədaxili küçələrin təmiri, qurumuş ağacların kəsilməsi, məişət tullantılarının daşınması, yeniyetmələrin idmanla məşğul olması üçün meydançanın olmaması, mənzil şəraitinin yaxşılaşdırılması və onları narahat edən digər suallar səslənib.
Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib və müraciətlərin icrası nəzarətə götürülüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19.06.2019
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır
19.06.2019
Məhkumlara tibbi xidmətdə müsbət təcrübəmiz dünyada örnəkdir
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info