C.Məmmədquluzadənin ev-muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
Tarix: 05.07.2018 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadənin milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz rolu olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Cəlil Məmmədquluzadənin ev-muzeyində bu mədəniyyət ocağının yaradılmasının 20 illiyi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, hazırda ölkəmizdə, eləcə də muxtar diyarımızda müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Bu muzeylər içərisində tanınmış şəxsiyyətlərin ev-muzeyləri xüsusi yer tutur. Həmin mədəniyyət müəssisələri sırasında görkəmli ədib Cəlil Məmmədquluzadənin həm ölkəmizin paytaxtı Bakıda, həm də dahi yazıçının doğulub boya-başa çatdığı Naxçıvan şəhərində yaradılmış ev-muzeyləri də var.
“Dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olub. Həmçinin böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə ədibin xatirə muzeyləri istifadəyə verilib”, – deyən Natəvan Qədimova diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Musiqili Dram Teatrı Cəlil Məmmədquluzadənin adını daşıyır.
Natəvan Qədimova deyib: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığına və şəxsiyyətinə həmişə yüksək qiymət verirdi. Ulu Öndər Cəlil Məmmədquluzadə irsinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə böyük diqqət və qayğı göstərirdi. Məhz Ümummilli Liderin hakimiyyəti illərində yazıçı haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, yubileyləri təntənəli şəkildə qeyd edilib. Redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının faksimilesinin nəşr edilməsi böyük ədəbi hadisə olmaqla, ictimaiyyət tərəfindən mirzəcəlilşünaslığa göstərilən diqqət və qayğı kimi dəyərləndirilib.
“Böyük yazıçı-dramaturqun irsinə dövlətimiz və xalqımız bu gün də ehtiramla yanaşır. Dövlət başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadənin 140 illiyi ölkəmizdə və muxtar respublikada geniş qeyd edilib. Böyük ədiblə bağlı simpozium və elmi konfranslar təşkil olunub, ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının bir nömrəsi Cəlil Məmmədquluzadənin 140 illiyinə həsr edilib. Yubiley ərəfəsində böyük yazıçının ev-muzeyi təmir olunub, buradakı ekspozisiya yenidən qurulub və zənginləşdirilib, yazıçının ikicildlik “Seçilmiş əsərləri” işıq üzü görüb”, – deyən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vurğulayıb ki, görkəmli dramaturqun, demək olar bütün pyesləri onun adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.
Sonra Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Hüseyn Həşimli “Cəlil Məmmədquluzadə irsinin öyrənilməsi və təbliğində ev-muzeyinin rolu”, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktor əvəzi Kəmalə Allahverdiyeva “Cəlil Məmmədquluzadənin ev-muzeyinin fəaliyyəti” mövzularında çıxış ediblər.
Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ədibin felyetonları əsasında hazırladıqları kompozisiya maraqla qarşılanıb. Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info