Padar-Sabirabad avtomobil yolu yenidən qurulub 
Tarix: 05.07.2018 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsi əsaslı şəkildə yenidən qurulur.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 3-cü texniki dərəcəli olan Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu 26 km-dir. Sözügedən hissə müasir görkəmdə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.
Padar-Sabirabad avtomobil yolunun asfalt-beton örtüyü aşınmaya, torpaq yatağı təbii hava şəraiti və ağır texnikaların hərəkəti altında dağılmaya məruz qalmışdı, uzun müddət ərzində təmir olunmadığından yol boyu çalalar əmələ gəlmişdi ki, bunun da nəticəsində örtük dağılmaqda davam edirdi, yağış sularının axıdılması üçün maililiklər normaya uyğun deyildi və bəzi yerlərdə çökmələr-deformasiyalar yaranmışdı.
Bunların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaq yatağının qazılıb çıxarılması və əvəzinə karxanadan yararlı materialın tökülərək kipləşdirilməsi, ardınca isə asfalt-beton örtüyünün tikintisi işləri həyata keçirilib.
Yenidənqurma işləri çərçivəsində 280 min kub.m həcmdə yolun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılıb, 200 min kub.m həcmdə isə yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri aparılıb. Bundan başqa karxana çınqıl materialı ilə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması, avtoqreyderlə yayılaraq kipləşdirilməsi işləri də görülüb. Bu işlərin həcmi isə 85 min kub.m təşkil edir.
Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsası inşa edilib. Əsasın alt qatının tikintisi 25 sm hündürlükdə karxana qum-çınqıl materialı ilə, alt qatının tikintisi isə 18 sm qalınlıqda optimal tərkibli qırmadaş qum-çınqıl qarışığı ilə aparılıb. Bu işlər ümumilikdə 300 min kv.m-dən çox sahəni əhatə edib.
Bunun ardınca isə yol geyiminin tikintisi üçün yol boyu 182 min kv.m sahədə 3 laydan ibarət və 17 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 125 min kv.m sahəni əhatə edən ərazidə isə çiyinlərin 17 sm hündürlükdə optimal-çınqıl materialı ilə bərkidilməsi işləri görülüb.
Tikinti norma və standartlarına uyğun olaraq yararsız vəziyyətə düşmüş suötürücü dəmir-beton boru başlıqları təmir olunub, Kür çayı və Şirvan kollektoru üzərində yerləşən körpülərin yararsız vəziyyətə düşmüş məhəccərləri və beton səki daşları yeniləri ilə əvəz edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilən yenidənqurma işlərinin sonuncu mərhələsində, hərəkətin normal təşkili üçün 720 ədəd siqnal dirəyi, 50 ədəd yol nişanı və göstəricilər, 26 ədəd km göstəricisi quraşdırılıb, yolun üfiqi nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, Padar-Sabirabad avtomobil yolunun iki magistral yolu, Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollarını birləşdirməklə tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında mühüm rolu var.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info