Cənubi Afrika vikipediyaçılara ev sahibliyi edəcək
Tarix: 05.07.2018 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


18-22 iyul tarixlərində Cənubi Afrikanın Keyptaun şəhərində “Vikimaniya 2018” beynəlxalq konfransı keçiriləcək. Builki konfransda ölkəmizi Vikipediyanın azərbaycanca dil bölməsinin idarəçilərindən biri olan, Eldar Əzimov təmsil edəcək. Vikimaniya, 2005-ci ildən etibarən ildə bir dəfə dünyanın müxtəlif şəhərlərində Vikipediya və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq konfransdır. Burada dünyanın onlarla ölkəsindən yüzlərlə vikipediyaçı iştirak edir, Vikipediyanın bu günü və gələcək inkişaf perspektivləri müzakirə olunur, mühazirələr və praktiki görüşlər təşkil edilir. Mühazirələrdə vikipediyaçılar öz ölkələrində və ya ümumiyyətlə Vikipediyada və onunla əlaqəli digər layihələrdə rastlaşdıqları problemlər, onların həlli yolları, saytın quruluşunda və yazılmasındakı yeniliklər və s. barədə məlumatlar verirlər. Konfransın əsas məqsədlərindən biri bütün dünyadakı aktiv vikipediyaçılar arasında təmasların qurulmasına vasitəçi olmaqdır. Eldar Əzimov bildirdi ki, Azərbaycandilli Vikipediyada məqalə sayı artıq 136 mini keçib və müxtəlif sahələrə aid kifayət qədər zəngin məqalələr var. Onun sözlərinə görə, hal-hazırda azvikinin təxminən 60-a yaxın fəal redaktoru var ki, bu da azərbaycandilli vikipediyanın inkişafından xəbər verir. O, eyni zamanda qeyd etdi ki, Vikipediya dünyada 5-ci, Azərbaycanda isə 6-cı ən çox daxil olunan saytdır.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı
24.06.2019
DİN-də əməliyyat müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info