“Hər bir Gürcüstan vətəndaşı Heydər Əliyevin xatirəsini qəlbində yaşadır və yaşadacaq”
Tarix: 05.07.2018 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Bu gün gürcü xalqının qəlbində Qurucu Davidlə Heydər Əliyevin adı eyni hörmətlə anılır. Tbilisinin mərkəzində Heydər Əliyevin abidəsinin ucaldılması da onun xilaskarlıq missiyasına verilən qiymətin təzahürüdür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan paytaxtına qonaq gələn xarici qonaqlara bələdçilik edən Zaza Dondua söyləyib.
Z.Dondua deyib ki, paytaxt Tbilisi Gürcüstana gələn xarici ölkə vətəndaşlarının ən çox sevdikləri məkandır. Tbilisidə tarixi abidələr, məbəd, monastır, muzey və digər mədəniyyət ocaqları, istirahət parkları var.
Bu parklardan biri də Heydər Əliyev Parkıdır. Bu park yerli vətəndaşlarla yanaşı, xarici turistlərin də ən sevimli yeridir. Parkın ətrafında “hamam kompleksi”, xalça muzeyi, otellər, Cümə məscidi, kilsə və digər tarixi-mədəni abidələr var. Parkın mərkəzində isə Azərbaycan xalqının ulu öndəri, gürcü xalqının yaxın dostu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsi ucalır. Xarici qonaqların ən çox diqqətini çəkən məqamlardan biri də məhz Tbilisinin mərkəzində başqa bir ölkənin vətəndaşının abidəsinin ucaldılmasıdır.
Zaza Dondua onlara Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verir, Tbilisidə belə dahi şəxsiyyətin abidəsinin ucaldılmasının səbəblərini açıqlayır. O deyir ki, Azərbaycan ilə Gürcüstan arasındakı dostluğun çox qədim tarixi var: “Biz əsrlərdir mehriban qonşuluq şəraitində yaşayırıq. Bu müddət ərzində bizim dövlətlərimiz və xalqlarımız arasında hər hansı ciddi problem yaşanmayıb. Bizim dostluğumuz elə yüksək səviyyəyə çatıb ki, inanıram, bundan sonra da heç bir problem yaşanmayacaq. Heç bir qüvvə bu dostluğa zərbə vura bilməz”.
Z.Dondua Gürcüstanın üzləşdiyi ağır problemlərə diqqət çəkir. O qeyd edir ki, həmin ağır günlərdə Azərbaycan bizim köməyimizə gəlib. Dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycan xalqının da ağır vəziyyətinə baxmayaraq bizə yardım əlini uzadıb. Azərbaycan Gürcüstana elektrik enerjisi, təbii qaz verib. Ona görə də milliyyətindən, dinindən və irqindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşı Heydər Əliyevi qəlbində yaşadır və yaşadacaq.
Z.Dondua turistlərə bildirir ki, Tbilisidə Heydər Əliyev prospekti də var. Bununla yanaşı, Gürcüstanın iri şəhərlərindən olan Rustavidə də dahi şəxsiyyətin adına park salınıb və parkda Heydər Əliyevin büstü qoyulub. O deyir ki, bu gün Gürcüstanda gürcü çarlarının abidələri də var. Onlardan biri, daha çox hörmətlə anılan və xalq arasında Qurucu David kimi tanınan Baqrationlar sülaləsindən olan gürcü kralı IV Daviddir. Qurucu David 1097-ci ildə Gürcüstanın müstəqilliyini bərpa edib, dövlətin ərazisini genişləndirib, Tbilisini 1121-ci ildə krallığın paytaxtı elan edib. “Bu gün gürcü xalqının qəlbində Qurucu Davidlə Heydər Əliyevin adı eyni hörmətlə anılır. Tbilisinin mərkəzində Heydər Əliyevin abidəsinin ucaldılması da onun xilaskarlıq missiyasına verilən qiymətin təzahürüdür”, – deyə Z.Dondua vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Parkı Tbilisi şəhərində yerləşən skver tipli parkdır. Parkın mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb. Park turistlərin əsl istirahət məkanıdır. Bu park həm də azərbaycanlıların əsl ziyarətgahıdır. Azərbaycanın milli bayramlarında səfirlik, konsulluq, eləcə də Gürcüstandakı Azərbaycan şirkətlərinin əməkdaşları parkda toplaşır, Ulu Öndərin abidəsini ziyarət edir, xatirəsini ehtiramla anırlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info