Finlandiya Azərbaycanın nəqliyyat infrastrukturundan yararlana bilər
Tarix: 06.07.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anna-Mari Viroleyninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Qeyd edib ki, Avropa İttifaqı ölkələri ilə keçirilən görüşlər, biznes-forumlar, qarşılıqlı səfərlər əməkdaşlığın inkişafına, iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verir. Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən Finlandiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan və Finlandiya arasında ticarət dövriyyəsi 2017-ci ildə 19,2 mln. dollar təşkil edib. Bu ilin yanvar-may aylarında Azərbaycan-Finlandiya ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artıb. Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində 13 Finlandiya şirkəti qeydiyyatdan keçib. Bildirilib ki, Avropa İttifaqı ilə, o cümlədən Finlandiya ilə müxtəlif çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Görüşdə ölkələrimiz arasında biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya yatırılmasının və ticarətin həcminin artırılmasının önəmi qeyd edilib, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində, sənaye parklarında Finlandiya şirkətlərinin iştirak imkanlarını, energetika, ekologiya, peşə təhsili sahəsində əməkdaşlıq potensialını diqqətə çatdırılıb. Nəqliyyat dəhlizləri barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, Finlandiya Azərbaycanın geniş nəqliyyat infrastrukturundan və tranzit potensialından, Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana bilər. Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anna-Mari Viroleynin ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. Xanım Anna-Mari Viroleynin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info