Metro üçün ehtiyat enerji mənbələri yaradılacaq
Tarix: 06.07.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək
Ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə Prezident İlham Əliyev metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsini qaldırıb və qısa müddət ərzində bununla bağlı təkliflərin hazırlanmasını ciddi tapşırıq kimi müəyyən edib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib ki, bununla əlaqədar “Bakı Metropoliteni” QSC-də müvafiq işlərə başlanılıb. Təkliflər və görüləcək tədbirlərlə bağlı məsələlər müvafiq dövlət strukturlarının, o cümlədən ölkənin və paytaxtın enerji sektoruna məsul sahələrin rəhbər və mütəxəssis heyəti ilə müzakirəsinə çıxarılacaq. Qarşılıqlı fikir mübadiləsi, müzakirələrə və təkliflərə baxılaraq, ümumi konsepsiyanın işlənməsi istiqamətində işlər görüləcək. Qeyd edilib ki, Bakı metropoliteninin perspektiv inkişaf sxeminə uyğun olaraq, yeni xətlərin inşası zamanı bu məsələlər xüsusi nəzərə alınıb. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 meqavat olan dizel-generator stansiyasının inşası da aparılır. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, bütün su xaric qurğularının, bir sözlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunun tələb olunan minimal enerji təminatını ödəyəcək. Ümumiyyətlə, layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kilovoltluq yarımstansiyada qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə də, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq. Sovet dövründə fövqəladə hal, xüsusən də elektrik enerjisinin verilişi kəsildiyi halda, qatarların tunellərdən çıxarılması məqsədilə metropolitenin ehtiyat enerji mənbəyi ilə təmin edilməsi nəzərdə tutulmayıb. Stansiya və tunellərin qəza işıqlandırılması, həmçinin dispetçer strukturlarının işinin təşkili Bakı metropoliteni yarımstansiyalarında quraşdırılmış akkumulyatorlar vasitəsilə təmin edilir. Lakin xüsusi hallarda metropolitenin ehtiyat elektrik təchizatı mənbəyi ilə təmin edilməsi, dövlət rəhbərinin qeyd etdiyi kimi, mühüm, həm də xüsusi yanaşma tələb edən geniş məsələdir. Onu qeyd etmək kifayətdir ki, metropolitenin elektrotexniki avadanlıq və qurğuları müxtəlif gücə malik 220 transformatorla təmin edilir və bu da ayda 12 milyon kilovolt/saat təşkil edir. Əlbəttə, elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə həlli mümkün olmayan məsələ yoxdur. Məsələnin bir neçə həll istiqaməti var. Ölkənin və paytaxtın elektrik enerjisi ilə təchizatı sistemi ilə bağlı dövlət siyasətini həyata keçirən bu sənaye sahəsini aparıcı qurumlarla sıx əməkdaşlıq, qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində qarşıya qoyulmuş vəzifələrin həlli ilə bağlı təkliflər hazırlanacaq. Artıq “Bakı Metropoliteni” QSC-də bununla əlaqədar mühüm işlərin görülməsinə, bütün ehtiyacları nəzərə alan təkliflərin müzakirəyə çıxarılması istiqamətində işlərə başlanılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10703

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info