Fransanın 30-a yaxın universitetində Azərbaycan tələbələri təhsil alır
Tarix: 14.06.2013 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyasında (ADA) Birinci Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilib. Forumda Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, forumun məqsədi Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir. Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb. Tədbirin əhəmiyyətindən danışan ADA-nın rektoru həm Fransa, həm də Azərbaycan tələbələrinin bu forumdan yararlanacağına ümidvar olduğunu bildirib. Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının rəhbəri Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, xaricdə təhsilin əhəmiyyətindən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından və bu sahədə görülmüş işlərdən danışıb. Bildirilib ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet istiqamətlərdəndir. Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir və uzunmüddətli dövlət proqramları hazırlanır. Diqqətə çatdırılıb ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasını nəzərdə tutan proqram çərçivəsində bugünədək çoxlu sayda azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilib. Ümumilikdə, təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü kadr potensialının formalaşmasında da mühüm rol oynayır. Proqram çərçivəsində 1825 tələbə dünyanın müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb: "Azərbaycan uğurlu təhsil sistemi quran ölkələrin təcrübəsini öyrənir, öz vətəndaşlarının Fransanın ən reytinqli ali məktəblərində təhsil almasını təmin edir. Fransanın 30-a yaxın universitetlərində Azərbaycan tələbələri təhsil alır". Forum çərçivəsində Fransanın aparıcı universitetləri barədə təqdimatlar keçirilib, eləcə də ölkəmizin tələbələrinə Fransada təhsil almaq imkanları, Azərbaycan və Fransa hökumətləri tərəfindən təsis edilən müxtəlif təqaüdlər barədə ətraflı məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info