“İtaliya iş adamları geniş imkanlara malik Azərbaycana böyük maraq göstərirlər”
Tarix: 14.06.2013 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


İtaliyanın Veneto regionunda yerləşən Trevizo şəhərində “Azərbaycan: araşdırmaq üçün bazar” mövzusunda seminar keçirilib.
Seminar Azərbaycanın İtaliyadakı səfirliyinin, Veneto regionunun işgüzar dairələrinin beynəlxalq əlaqələrinin təşviqi məsələlərinə məsul olan “Veneto Promotsione” təşkilatının və Trevizonun Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə reallaşıb. Səfirlikdən bildiriblər ki, İtaliyanın iqtisadi qüdrətinə görə başlıca bölgələrindən biri olan Veneto regionunun işgüzar dairələri üçün nəzərdə tutulmuş seminarda bölgənin Venesiya, Verona, Trevizo, Padova və digər mühüm sənaye şəhərlərindən 100-dək iş adamı iştirak edib. Onlar əsasən inşaat və dizayn, maşınqayırma, yüngül sənaye, yeyinti sənayesi, mebel sənayesi, inşaat materialları, aqrar-sənaye kompleksi və digər sahələrdə çalışırlar. Trevizonun Ticarət və Sənaye Palatasının prezidenti Nikola Tonyana Venetonun iş adamlarının geniş imkanlara malik olan Azərbaycan bazarına dərin maraq göstərdiklərini vurğulayıb. Ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov seminarda “Azərbaycan iqtisadiyyatına baxış: təmayüllər və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Diplomat Azərbaycanın son illərdəki sosial-iqtisadi inkişaf təmayülləri, hökumətin həyata keçirdiyi iqtisadi islahatlar və prioritet sahələr barədə geniş məlumat verib. Daha sonra İtaliyanın Xarici Ticarət İnstitutunun (ICE), Xarici Ticarətin Sığortalanması İnstitutunun (SACE), Şimal-Qərb Regionları Sahibkarlarına Maliyyə Dəstəyi Təşkilatının (FİNEST) və Beynəlxalq Daşıyıcılar Qrupunun (TUVİA) əməkdaşlarının Azərbaycan ilə bağlı müxtəlif mövzularda məruzələri dinlənilib. Seminarın nəticəsi olaraq “Veneto Promotsione” təşkilatının rəhbərliyi ilə Veneto regionunun iş adamlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfərinin təşkilinə dair razılıq əldə edilib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info