Nəsimi məktəblilərinin Eko-Parka ekskursiyası təşkil olunub
Tarix: 06.07.2018 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Məktəblilərin yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün silsilə tədbirlər təşkil olunub keçirilir. Bu haqda Nəsimi rayon İcra Hakimiyyətindən redaksiyamıza məlumat verilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəblilərinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olunub. Məktəblilər öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Nəsimi rayon məktəbliləri Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Daha sonra məktəblilərə Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko Park haqqında məlumatlar verilib.Bildirildi ki, Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib, burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Eko Parkda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın müəllifi olduğu Həyat abidəsi - “Ürək” abidəsi məktəblilərin böyük marağına səbəb oldu.
Daha sonra Eko Parkda ekzotik quşlardan yaradılan Quş parkındakı quşlara uşaqlar böyük sevinclə tamaşa etdilər. Uşaqlar park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq, idman trenajor qurğularında oynayıb əyləndikdən sonra onlar üçün təşkil olunmuş nahar süfrəsində ekskursiya zamanı aldıqları məlumatları birbirləri ilə paylaşdılar. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva məktəblilərə xüsusi hazırlanmış hədiyyələr təddim edərək, dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahərləri istiqamətində görülən işlərdən söhbət açmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıb.
Ekskursiyanın sonunda məktəblilər Zirə Cinemada cizgi filminə tamaşa etdilər. Zirə Mədəniyyət Mərkəzində keçirilən ekskursiya məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info