BQXK rəsmisi Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlərdən danışıb
Tarix: 06.07.2018 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif qoşun növlərindən olan zabit heyətinin iştirak ilə keçirilən tədbirdə çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova müharibənin getdiyi ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normaları çatdırıb.
 
O, təşkilatın komponentləri, fəaliyyətləri və rolları barədə danışıb, eyni zamanda neytral, müstəqil və qərəzsiz bir qurum BQXK-nın müstəsna humanitar missiyasının müharibə və digər zorakılıq halları qurbanlarının həyat və ləyaqətlərini qorumaq və onlara yardım göstərməkdən ibarət olduğunu vurğulayıb.
 
BQXK-nın Azərbaycandakı nümayəndəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlərin aradan qaldırılması, eləcə də beynəlxalq humanitar hüququn təbliği və tətbiqi ilə bağlı məsələlərə də toxunub.
 
Görüşdə, həmçinin şəxsi heyətə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaralananların qorunması, münaqişələr zamanı mülki şəxslərə dəstək verilməsi, hərbi əsirlərlə rəftar qaydaları barədə məlumat verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info