Əlil, veteran və şəhid ailələrinə xüsusi diqqət göstərilir
Tarix: 14.06.2013 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Əlil, veteran və şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən siyasətin təbliği” adlı layihəsi çərçivəsində tədbir keçirib.
TOHGMİB sədri Emin Həsənli müstəqilliyimizin təmin olunmasında, dövlətimizin qorunmasında şəhidlərimizin, Qarabağ əlillərinin, müharibə veteranlarının xüsusi rolu olduğunu bildirib.
Şəhidlərin hər zaman ən yüksək zirvədə dayandığını vurğulayan Emin Həsənli deyib ki, həssas təbəqə sayılan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir. Onun sözlərinə görə, xüsusən də vətən naminə canından keçən, onun uğrunda mübarizə aparan qəhrəmanlarımızın, onların ailə üzvlərinin diqqətdə saxlanması ən vacib şərtlərdəndir: “Ölkə rəhbəri daim bu kateqoriyadan olan insanların sosial təminatlarının yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər həyata keçirir. Bu proses bir neçə ildir ki, uğurla davam edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir”.
Qarabağ müharibəsi iştirakçılarının bəzən müəyyən problemlərlə rastlaşdığı söyləyən Emin Həsənli bu istiqamətdə hərbi yönümlü təşkilatların bir sıra tədbirlər gördüyünü qeyd edərək bəzi təkliflər səsləndirib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info